PDF Oxu

Siyasət

  • 15

Qabil Hüseynli: “Ermənistanda əhali səfərbər edilib” MÜNASİBƏT

Qabil Hüseynli: “Ermənistanda əhali səfərbər edilib” MÜNASİBƏT

"Ümumiyyətlə son toqquşmalara kimi belə güman edilirdi ki, Ermənistanda hakimiyyət dəyişikliyi ediləcək. Amma son hadisələr göstərdi ki, Rusiya dövləti Ermənistanın arxasındadır və Serj Sarkisyanı müdafiə edir". BunuSİA-ya politoloq Qabil Hüseynli Ermənistandakı kütləvi aksiyalara münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, artıq bu gün toqquşmalara görə işğalçı ölkədə əhali səfərbər edilib: "Hətta müxalifət burada öz gücünü qoyub. Beləcə, bu gücün mövcud hakimiyyəti devirməsi ehtimalı çox yüksəkdir. Amma digər tərəfdən Rusiya proseslərə "əl" qoymağa başlayıb. Rusiya xalqın qəzəbli çıxışları ilə bacara bilməyənə kimi Serj Sarkisyana kömək edəcək. Yəni son toqquşmalar göstərdi ki, həqiqətən də xalq çox böyük qüvvə ilə meydandadır və axıra qədər mübarizə aparmaq niyyətindədir. Hətta bəzi ekspertlərin də söylədiyi kimi, Rusiyanın dəstəyinə baxmayaraq, sentyabra qədər Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər".

sia.az

Digər xəbərlər