PDF Oxu

Siyasət

  • 11

Hikmət Babaoğlu: “Nenad Pejicin də elə Xədicə İsmayılova kimi işçisi olar” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Nenad Pejicin də elə Xədicə İsmayılova kimi işçisi olar” MÜNASİBƏT

"Atalar sözündə deyildiyi kimi, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. İndi belə məlum olur ki , Xədicə İsmayılova hamını, hər kəsi korrupsiyada ittiham edərkən sən demə ən böyük korrupsiya hadisəsi onun çalışdığı "Azadlıq" radiosunda baş verirmiş". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu son günlər "Azadlıq" radiosunda baş verən prosesə münasibət bildirərkən deyib.

Baş redaktor qeyd edib ki, sözügedən radionu maliyyələşdirən ölkənin müvafiq strukturları Ukraynada idarəolunan xaos sistemi yaratmaq üçün 5 milyard xərcləyib: "Bənzər missiyanı Azərbaycanda yerinə yetirmək üçün imperializmin ruporu qismində çıxış edən transmilli media nümunələrinin hər birinin külli miqdarda belə korrupsiya halları var. Çünki bu tipli vasitələr qeyri-qanuni şəkildə çirkli pullarla maliyyələşdirilirlər. "Azadlıq" radiosu artıq dəfələrlə ifşa olunub. Özünə hörmət edən hər hansı bir qurumda belə hallar aşkar edildikdə ən azından fəaliyyətini dayandırır, yaxud heç olmasa qurum daxilində müəyyən cəzalandırma tədbirləri görür. Bunlar isə heç birini etmir".

Hikmət Babaoğlu həmçinin onu da deyib ki, baş direktor Nenad Pejic rəhbərlik etdiyi radioda şəffaflıq yaratmaq əvəzinə, Azərbaycan hökumətini ittiham edir: "Sanki "Azadlıq" radiosunda olan korrupsiya hallarına görə Azərbaycan günahkardır. Belə mövqenin adı siyasi şantajdır. Azərbaycan cəmiyyəti artıq bu cür hadisələrə təəccüblənmir. Hamı bilir ki, Nenad Pejicin də elə Xədicə İsmayılova kimi işçisi olar".

sia.az

Digər xəbərlər