PDF Oxu

Siyasət

  • 8

AŞPA-nın baş katibinə rəsmi məktub göndəriləcək AÇIQLAMA

AŞPA-nın baş katibinə rəsmi məktub göndəriləcək AÇIQLAMA

Çingiz Qənizadə: "AŞPA da Azərbaycana qarşı ayrıseçkilik, Ermənistana qarşı isə sevgi görürük"

"Əslində Azərbaycan nəinki AŞPA-dan ümumiyyətlə heç yerdən asılı deyil. Biz illərdir onlardan ədalətli mövqe əvəzində fərqli yanaşma görürük". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabatın müzakirəsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyətini zaman-zaman icra etdikcə, ölkəmizə qarşı xoşagəlməz mövqelərin şahidi olduq: "Son dinləmələrdə nəzərdə tutulan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ və 7 rayon barədə məsələnin hesabatdan çıxarılması hər bir azərbaycanlını, o cümlədən də hüquq müdafiəçilərini, millət vəkillərini hiddətləndirir. Necə ola bilər ki, bu fakt həmin bənddən çıxarılır? Haqlı olaraq AŞPA-da deputatlardan biri deyib ki, axı biz Azərbaycandan nə istəyirik? Axı Azərbaycanda tamamilə fərqli məsələlər var. Dünyanın hər yerində problemlər var, ondan danışmırıq. Amma illərdir Azərbaycanla bağlı məsələləri müzakirə edirik. Bu fikirlər AŞPA da təmsil olunan digər bir dövlətin parlament üzvünə məxsusdur. Bu normal, doğru fikirlərdir. Bundan fərqli olaraq çox təəssüf ki, ermənilərin qaldırdığı məsələ bir qrup deputat vasitəsilə AŞPA da ermənilərin xeyrinə həll olunduğunun şahidi olduq. Beynəlxalq təşkilatların qətanamələrinin, hüquqi sənədlərinin olduğu halda, yenə də AŞPA-da Azərbaycana qarşı ayrıseçkilik, Ermənistana qarşı isə sevgi və hörmət görürük. Bu, beynəlxalq təşkilatların anti-Azərbaycan kampaniyalarının tərkib hissəsi və ikili standartların bir göstəricisidir. Düşünürəm ki, Avropa Azərbaycana olan münasibətinə yenidən baxmalıdır. Bu, belə davam edə bilməz".

Çingiz Qənizadə həmçinin onu da qeyd edib ki, Avropanın bəzi dövlətləri və ABŞ-dan qidalanan Avropa təşkilatları tərəfindən Azərbaycana qarşı aparılan kampaniyalar danılmazdır: "Bu, bir daha AŞPA da gedən müzakirələrdə də özünü göstərdi. Tam səmimi olaraq söyləyirəm ki, bunun kimi beynəlxalq təşkilatlar artıq öz nüfuzlarını itiriblər. Əgər BMT-nin qəbul etdiyi qətnamələr, AŞPA-nın qərarları illərdir Ermənistan tərəfindən icra edilmirsə, o zaman belə nüfuzlu qurumlar niyə susurlar? Bir halda ki, AŞPA Ukrayna məsələsinə görə Rusiyanın AŞPA-dakı nümayəndəsinin səlahiyyətlərini dondurursa, Rusiyaya sanksiya tədbiq edirsə onda Ermənistana niyə qucaq açır? Biz hüquq müdafiəçilərinin monitorinq qrupu toplaşıb, sözügedən qurumun müzakirələrini şərh edəcək, AŞPA-nın baş katibinə rəsmi məktub göndərəcəyik. Hesab edirəm ki, bu insanlar çirkin kampaniyaların iştirakçılarına çevrilməməli, ədalətli mövqe sərgiləməlidirlər".

sia.az

Digər xəbərlər