Hegemonluq eşqindən yaranan antidemokratiya və nasizm ideologiyasının doğuşu
(Əvvəli ötən sayımızda)
Məhz bu kimi hallarda ölkənin ənənəvi müxalifəti kimi ictimai rəyə sırınan radikal müxlaifət düşərgəsi siyasi korluq nümayiş etdirməklə bu xəstəliklərini Qərbə tərəf bulaşdırırlar. Təəssüsf ki, Almaniya belə vəziyyətlərdə öncül sıralarda olur. Xüsusilə, Almaniyada fəaliyyət göstərən QHT-lər və media vasitələri Azərbaycan haqqında qeyri-dəqiq informasiyalar, hesabatlar yaymaqla dünya ictimaiyyətini aldatmaqla, yalan danışmaqla məşğul olurlar. Faktlara müraciət edək. Məsələn, 2011-ci ildə Almaniya QHT-lərinin, media qurumlarının, o cümlədən, hətta bəzi rəsmi şəxslərinin Azərbaycana qarşı aqressiv davranışları, üstəlik ölkəmizə yuxarıdan aşağıya doğru baxmaq cəhdləri unudulmayıb. Xüsusilə, Bakıda keçirilmiş "Eurovision -2012" Mahnı Müsabiqəsi dövründə Qərbin Azərbaycana qarşı başlatdığı "səlib yürüşü"ndə Almaniya yenə də öncül sırada dayanmışdı. Təbii ki, ötən sayımızdakı yazıda da qeyd etdiyimiz kimi, Almaniyanın burada öz soaial-iqtisadi, siyasi maraqları dayanmışdı. Belə bir vəziyyətdə onlara yardım edən əsas amil Almaniya rəhbərliyinin Reyxfürer Hitler sayağı təzyiq dili idi ki, bu vasitə ilə onlar Azərbaycanda yürüdülən müstəqil siyasətə qarşı nə isə edə biləcəklərini xəyal edirdilər. Onlar bunu əsasən Azərbaycan qazının Avropa bazarına çıxarılması, həmçinin Almaniyanın hegemonluq iddiası və ABŞ-ın təhriki ilə Cənubi Qafqazın mərkəzi ölkəsi olan Azərbaycanı öz təsiri altına almaq cəhdləri ilə bağladılar və əlbəttə ki, yenə də "demokratiya", "söz və mərbuat azadlığı", "insan hüquqlarının qorunması" adları altında!
Almaniyada "IV Reyx"in qoxusu necə gəlməyə başladı...
Bəli, Almaniyanın müasir, 21-ci əsrdə dirçəltməyə çalışdıqları "IV Reyx" maraqları heç özlərinə də düz-əməlli şəkildə çatmırdı. Təkcə 2012-ci ildə Almaniyanın Azərbaycandakı səfiri olmuş Kvellenin açıqlamalarından birinə nəzər salaq. Belə ki, Herbert Kvelle 2012-ci ildə maskalanmış şəkildə Azərbaycan mediasına "məktub" yollayaraq iddia etmişdi ki, 2011-ci ildə Düsseldorfda "Eurovision" Mahnı Müsabiqəsində qələbədən sonra alman mətbuatı Azərbaycanla daha çox maraqlanmağa və pozitiv məlumatlarla yanaşı, internetdə çoxsaylı neqativ informasiyalarla rastlaşaraq, onları qabartmağa başladı. Səfir yazırdı ki, Almaniya federal hökumətinin müstəqil və güclü alman KİV-inə təsir etmək imkanı yoxdur. Əlbəttə, öz ölkəsinin maraqlarını müdafiə edən səfirin mülahizələri problemə bu çərçivədə izahat vermək cəhdiydi. Onun qeyri-obyektivliyi isə əsas məsələni etiraf etməməsi olub. Daha dəqiq desək, Almaniya səfiri ən azından etiraf etməli idi ki, Almaniyanın xarici işlər naziri Guido Vestervelle, onun müavini Mixael Link Azərbaycanın radikal müxlaifəti ilə iş birliyinə girərək, onları satın alıb və öz "Reyx" maraqlarının təminatı üçün ən qərəzli mövqelərini belə yürütməkdən çəkinməyiblər. Əlbəttə ki, satqın, xəyanətkar radikal müxlaifətin əli ilə! Məhz müxalifət mətbuatı, xüsusilə, "Azadlıq", "Yeni Müsavat" qəzetləri və saytları yalan və böhtanları öz təbirlərincə şişirdərək, satın alındıqları alman dairələrinin mətbuatına böhtanlı informasiyalar ötürürdülər. Almaniyanın "Spiegel" nəşri, ARD TV kimi aparıcı media orqanlalrında Azərbaycana qarşı əsassız, qeyri-obyektiv materiallar verilməsi bu ölkənin müəyyən dairələrinin Azərbaycanla bağlı maraqları ilə uzlaşdırıldı və total qarayaxma kampaniyasının tərkib hissəsinə çevrildi. O cümlədən, QHT-lər və fondlar, xüsusilə Konrad Adenauer, Fridrix Nauman, Henrix Böll, Fridrix Ebert kimi fondlar Azərbaycanda nəzərəçarpacaq dərəcədə aktivləşdi, Almaniyanın rəsmi şəxslərinin, parlamentarilərinin müxalifət partiyalarının rəhbərləri ilə görüşləri intensiv xarakter aldı. Belə bir məqamda "IV Reyx" arzularını ilk dəfə Azərbaycan üzərində gerçəkləşdirməyə cəhd edən Almaniyanın insan haqları təşkilatları ortaya düşərək, az qala hər gün öz çirkin niyyətlərini dünyaya car çəkirdilər. Sanki Almaniya Azərbaycanla müharibə vəziyyətində olan bir ölkə kimi davranır, ölkəmizi düşmən hesab edirdi. Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili, erməni lobbisinin ən sevimli almanı Markus Löninq də Azərbaycana qarşı həyata keçirilən kirli, qərəzli kampaniyanın əsas təşkilatçılarından biri kimi ortada var-gəl etməyə başladı. Məsələn, hələ 2011-ci ilin avqustunda Azərbaycana səfəri zamanı Löninq qərəzli fikirləri ilə yadda qaldı. Azərbaycanın satqın və xəyanətkar müxalifət "liderləri" ilə - İsa Qəmbərlə, Əli Kərimli ilə görüşündə Löninq bildirmişdi ki, "Almaniya Azərbaycanda dəyişikliklər (?!-R.N.) etmək üçün sizə hər zaman kömək (??!!-R.N.) etməyə hazırdır". Sanki tarix təkrarlanır. Həmin vaxt Adolf Hitler öz çıxışlarında bəyan edirdi ki, onun rəhbərlik etdiyi Reyx dünyanı yəhudilərdən, kommunistlərdən və bolşeviklərdən təmizləyəcək, dünyada normal düzən yaratmaqdan ötrü xalqlara köməklik göstərəcək. Löninqin Azərbaycan müxaifətinə verdiyi vədlərlə nə qədər bənzərdir, deyilmi?
Amma sonda nə oludu? O baş verdi ki, 2013-cü ildə BMT-nin İnsan Haqları Komissiyasında Almaniyada insan hüquq və azadlıqlarının pozulması, irqçilik və ksenofobiya faktlarının artmasını nəzərdə tutan hesabat veridli, bununa da Löninqin ağzı qıfıllandı! Niyə? Ona görə ki, burada Almaniyada "IV Reyx"in qoxusu gəlməyə başladı...
Kristofer Ştrasser Göbbels, Borman, ya da Himmler rolunda
Ancaq hər şey Löninqlə başa çatmır. Hitler Almaniyasnın aparıcı simaları olmuş Göbbels, Borman, ya da Himmler rolunda çıxış edən daha biri də Kristofer Ştrasserdir. Ancaq onun da sərt bəyanatlarla çıxış etməsi nəticə vermədi. AŞPA-nın 2013-cü il yanvar sessiyasında onun Azərbaycana dair məruzəsi tam iflasa uğradı və deputatlar Ştrasserin özü ilə birgə onun hesabatını da tarixin arxivinə təhvil verdilər.
Təsadüfi deyil ki, 2012-ci ildə Almaniya "Reyx" maraqları ilə çıxış edən Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun sədr müavini və Fridrix Nauman Fondunun xəttilə Bakıda keçirilən bütün tədbirlərin aparıcı siması olan Mixael Linkin Almaniya xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunması AXCP-də böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Əli Kərimli M.Linki "dostumuz" adlandıraraq öz ətrafına bildirmişdi ki, onun bu vəzifəyə təyinatı heç də təsadüfi xarakter daşımır. Kərimli bu fikirləri işlədərkən yəqin onu nəzərdə tuturdu ki, Fridrix Nauman Fondu Almaniya Azad Demokratlar Partiyası ilə sıx əlaqədədir. Ermənipərəst Link isə bu partiyanın fəallarındandır. Göründüyü kimi, Almaniyanın rəsmi şəxsləri, dövlət strukturları, mediası, QHT-ləri Azərbaycanı fəaliyyətlərinin əsas hədəfi seçmişdilər.
Prezidentdən qərəzli dairələrə sərt cavab
Qeyd edək ki, 2012-ci il mayın 4-də Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etmək üçün Nyu Yorka səfər etmişdi. Məhz həmin səfər çərçivəsində İlham Əliyevin Almaniyanın xarici işlər naziri Vestervelle ilə görüşü baş tutmuşdu. Rəsmi məlumata əsasən, Prezident İlham Əliyev ölkələr arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulamışdı. Ancaq əminliklə demək olar ki, həmin görüşdə İlham Əliyev Vestervelleyə sərt xəbərdarlıq edərək Almaniya hökumətinin qeyri-səmimi davranışının ikitərəfli münasibətlərə mənfi təsir etdiyini onun diqqətinə çatdırmışdı. Belə ki, hadisələrin gedişi də təsdiq edirdi ki, anti-Azərbaycan kampaniyası heç də xaotik şəkildə yaranmamışdı və bu prosesin arxasında ciddi qüvvələr dururdu. Buna görə də Almaniya hakimiyyəti destruktiv fəaliyyətini davam etdirəcəyi təqdirdə, Almaniya-Azərbaycan münasibətlərinə ciddi təhlükə yaranacağı, əməkdaşlıq əlaqələrinin kəsiləcəyi və tərəfdaşlığa son qoyulacağı heç bir şübhə doğurmurdu. Almaniyanın Azərbaycandakı strateji maraqlarını nəzərə alaraq, demək olar ki, görüşdə Vestervelle də Azərbaycan dövlət başçısını problemin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz və hiss olunacaq tədbirlərin görüləcəyinə əmin etmişdi. Həmçinin Vestervellenin bu halın gələcəkdə təkrarlanmayacağına zəmanət verdiyini də istisna etmək olmaz.
Nəticədə, "Eurovision" zamanı görünən olayların, cərəyan edən hadisələrin analizi bəlli etdi ki, Almaniyanın Azərbaycanla bağlı ciddi planları mövcuddur. Bu planın tərkib hissəsi isə məhz "Reyx" maraqları təfsrində qurulmuşdu. Cənubi Qafqazın yeganə müstəqil siyasət yürüdən ölkəsinin -Azərbaycanın müqavimətini qırmağa cəhd edən neomillətçi alman siyasətinin həmin planı uğursuzluqla nəticələndi.
(Ardı növbəti sayımızda)
Rövşən NURƏDDİNOĞLU