PDF Oxu

Siyasət

  • 7

Əli Kərimli İbrahimbəyovu Elçibəydən üstün tutdu

Əli Kərimli İbrahimbəyovu Elçibəydən üstün tutdu
"Azadlıq" mərhum AXCP liderinin doğum günü barədə bir cümlə də yazmayıb

İyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərhum lideri Əbülfəz Elçibəyin doğum günü olmasına başxmayaraq, AXCP-nin sədri Əli Kərimli tərəfindən atılan addım növbəti dəfə onun adını aşağılayıb. Daha dəqiq desək, AXCP ilə yanaşı, həm də "Azadlıq" qəzetini idarə etdiyini açıq-aşkar nümayiş etdirən Əli Kərimli mərhum liderinə qarşı olan potoloji nifrətini gizlədə bilmədiyini həmin mətbu orqan vasitəsilə də nümayiş etdirib. Belə ki, hazırda AXCP-yə məhz Elçibəyi uzaqlaşdıraraq (xatırladaq ki, Elçibəyin sui-qəsd nəticəsində öldürüldüyü iddiası hələ də qalmaqdadır və burada əsas olaraq, "Yurd" şefi Əli Kərimlinin adı hallanır) rəhbərlik edən Əli Kərimlinin başı erməniyə dost- qardaş deyən "Milli Şura"nın "fəxri sədri" Rüstəm İbrahimbəyovu müdafiə etməyə qarışıb. O cümlədən, Krımın Ukraynaya deyil, məhz Rusiyaya məxsus olduğunu da iddia edən İbrahimbəyovun bu bəyanatını da təmizə çıxarmaqdan ötrü Əli Kərimli dəridən-qabıqdan çxımaqdadır. Beləliklə, Əli Kərimlinin başı Əbülfəz Elçibəydən daha çox Rüstəm İbrahimbəyova qarışıb və iyunun 23-də tamamilə xatirindən çıxarıb ki, ayın 24-də Elçibəyin doğum günüdür. Bu isə Əli Kərimlinin mitinq və meydanlarda "Elçibəy", "liderimiz" kimi ifadələr işlətməklə guya onu "xatırlaması" artistliyini açıq-aşkar büruzə verir. Bəli, məhz ARTİSTLİYİNİ!

Əgər Əli Kərimli siyasi artist olmasaydı, "Azadlıq"da haqqında bir cümlə belə həsr etmədiyi Elçibəyin məzarını iyunun 24-də başını əsdirə-əsdirə ziyarət etməzdi, yanına da Cəmil Həsənli kimi tüpürdüyü qazanları yalamağa alışıq olan birisini almazdı. Biz hələ o biriləri haqda demirik...

Beləliklə, məsələ aydın olub. Əli Kərimlini heç vaxt Elçibəy amili maraqlandırmayıb. Çünki ona qarşı "siflis xəstəsi", "yeriyən ölü" adlı ayamaları biz deyil, məhz Əli Kərimli (!) qoşub. İndi isə, necə deyərlər, OXLOV UDMUŞ ADAM kimi başını dik tutub, ancaq əsdiyini gizlədə bilməyib, "Azadlığ"ın bugünkü elektron versiyasında (!) POZALAR GÖSTƏRİB....

Yəqin indi də Rüstəmin erməniyə qağa, dədə, ata, qardaş, dadaş, hətta qədeş deməsini müdafiə etdiyinə görə, cibinin kənarı göynəməyə başlayıb. Pul sarıdan...

Rövşən RƏSULOV