"BMT baş katibi Pan Gi Munun Qarabağa qoşun yeridildiyi təqdirdə bu, region üçün dağıdıcı fəlakətə gətirib çıxara bilər iddiası heç bir reallığı əks etdirmir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
QAT sədrinin sözlərinə görə, əgər onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq və ədalətli mövqe sərgiləmək istəyirlərsə, Ermənistana qarşı təzyiq olmalıdır: "Çıxış yolu yalnız bundan ibarətdir. Ona görə də onlar vaxtaşırı olaraq mənasız açıqlamalarla çıxış edirlər ki, guya narahatdırlar. Əslində onlar bununla Azərbaycan tərəfinə təzyiq etmək istəyirlər ki, ölkəmiz bu susqun, mənasız danışıqları davam etdirsin. Bunlar Azərbaycana yönəlik addımlardır və Ermənistanın maraqlarına, mövqelərinin müdafiəsinə hesablanıb. Ona görə də BMT baş katibinin iddiaları işğalçı ölkəyə bir dəstək nümayişidir".
sia.az