PDF Oxu

Siyasət

  • 11

Umud Rəhimoğlu: “Mətbu orqanları pisləyir, müəllifləri qınayıram” AÇIQLAMA

Umud Rəhimoğlu: “Mətbu orqanları pisləyir, müəllifləri qınayıram” AÇIQLAMA

"Çox təəssüf ki, nəinki "Azadlıq" qəzeti, eləcə də Azərbaycanda bu gün fəaliyyət göstərən "jurnalistlər", müəyyən qurumlar Azərbaycanın inkişafını, yüksəlişini və s. qaralamağa çalışırlar". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu "Azadlıq" qəzetinin I Avropa Oyunlarını gözdən salmağa yönəlik təxribatçı əməllərinə münasibət bildirərkən deyib.

MŞ-nın sədr müavininin sözlərinə görə, normalda hər bir azərbaycanlı, ölkə vətəndaşı ölkəmizin müharibələrdən qalib çıxmasına yönəlik addımlar atmalıdır: "Bu gün torpaqlarımızın böyük bir hissəsi işğal altındadır və bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz yurdlarından didərgin düşüb. Bizi daha böyük mücadilələr, savaş gözləyir. Hesab edirəm ki, Azərbaycan mətbuatı, ölkəmizin vətəndaş cəmiyyəti, eləcə də hər birimiz Azərbaycanın bu savaşlardan uğur əldə etməsinə çalışmalıyıq. Bu baxımdan ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarına münasibətim çox pidir. Beləcə, mətbu orqanları pisləyir, müəllifləri isə qınayıram. Hesab edirəm ki, biz hər şeydən əvvəl Azərbaycan dövlətinin, dövlətçiliyinin mənafeyi naminə çalışmalıyıq".

sia.az

Digər xəbərlər