PDF Oxu

Siyasət

  • 14

Emin Həsənli: “Ermənistan dövlət deyil, forpostdur” AÇIQLAMA

Emin Həsənli: “Ermənistan dövlət deyil, forpostdur” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistanda vəziyyət yaxşı deyil. Ermənistan özü dövlət deyil, əksinə forpostdur". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli Ermənistandakı kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.Hərbi ekspertin sözlərinə görə, işğalçı ölkə həm Rusiyadan, həm də Qərbdə erməni diasporasından asılı vəziyyətdədir: "Digər tərəfdən onların iqtisadiyyatı yoxdur. Ölkədə davamlı və sistemli şəkildə heç bir iş aparılmır. Rəsmi İrəvan qiyamçıların, terrorçuların və s. əlindədir. Eləcə də ordu çox bərbad vəziyyətdədir. Onlar Suriyadan, Livandan muzdlu, yaşlı insanları gətirib orduya cəlb edirlər. Beləcə ölkənin bütün resursları yoxa çıxıb. Təbii ki, bunun da səbəbləri var. Bunun səbəbi Azərbaycan dövlətinin apardığı uğurlu siyasətdir ki, Ermənistan bütün beynəlxalq regional layihələrdən kənarda qalıb. Hər il 100 mindən artıq vətəndaş Ermənistanı tərk edir. Bu gün Azərbaycanın ordusu güclənib və iqtisadiyyatı inkişaf edib".

sia.az

Digər xəbərlər