Hegemonluq eşqindən yaranan antidemokratiya və nasizm ideologiyasının doğuşu
(Əvvəli ötən sayımızda)
Bir sıra ölkələri diktəsi altına salmaqdan ötrü Almaniya hökumətinin gah "korrupsiya", gah "insan haqları" gah da digər bu kimi ittihamlarla qaralamaq cəhdləri, əslində bu ölkənin siyasi kuluarlarında hansı əməllərin baş verməsini üzə çıxarır. Məsələn, burada kansler Angela Merkelin 2012-ci ilin dekabrında yenidən Xristian Demokrat Birliyi Partiyasının (XDP) sədri seçildikdən sonra onun üçüncü dəfə kansler postuna iddiasını gerçəkləşdirmək üçün əlverişli şərait yaranmışdı. Maraqlıdır ki, 7 dəfə ardıcıl (!) şəkildə partiya sədri seçilən Angela Merkelə qurultay nümayəndələrinin 97,94 faizi səs vermişdi və bu amil istər-istəməz ölkənin siyasi kurularlarında, o cümlədən ictimai rəyində suallar doğurmuşdu. Suallar doğurmuşdu ki, əcəba, Angela nə qədər pul xərcləyərək, 7 dəfə partiya sədri seçilib?
Almaniya həm də ABŞ-ın Avropa siyasətinin aparıcı qüvvəsidir
Digər tərəfdən, 2013-cü ilin payızında Xristian Demokrat Partiyası parlament seçkilərində qələbə qazandıqdan sonra Angela Merkel növbəti dəfə Almaniyanın siyasi lideri oldu. Bu isə bir daha təsdiq etdi ki, nəzərində kişik gördüyü dövlətlər üzərində hegemonluq siyasəti yürüdəcəyini düşünən Almaniya rəhbərliyi, əslində xarici siyasətində də daim riyakarlığı ilə seçilib.
Nəticələr də belə qənaətə gəlməyə zəmin yaradır ki, I Avropa Oyunları dövründə anti-Azərbaycan kampaniyası baş mərkəz hesab edilən ABŞ-dan idarə olunur, Almaniya isə növbəti dəfə bu kampaniyanın fəal icraçılarından biri kimi çıxış edir. Daha dəqiq desək, Almaniya ABŞ-ın Avropa siyasətinin aparıcı qüvvəsidir və belə düşünmək olar ki, rəsmi Berlin ABŞ-ın təsirində olduğuna və hegemonluq iddiasını ram edə bilmədiyinə görə, Azərbaycana qarşı yenidən riyakarlıq yolunu tutub. Məsələn, bu riyakarlıq ilk dəfə özünü Prezident İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı göstərmişdi. Belə ki, bu səfər çərçivəsində İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşərək ikitərəfli münasibətlərin bütün istiqamətlərini müzakirə etmişdi. Ümumiyyətlə, iki liderin görüşündə Almaniya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün vacib razılıqlar əldə olunmuşdu və bu cür müsbət əhval-ruhiyyə liderlərin mətbuat konfransında da özünü açıq göstərdi. Ancaq...
Riyakarlığın açıq-aşkar göstəricisi yenə də məhz "yeni Fürer" Merkelin üzərində canlandı!
Ancaq həmin mətbuat konfransı həm də əvvəlcədən İlham Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Belə ki, tədbirin keçirildiyi zala daxil olan bir nəfər şüar yazılmış plakat qaldıraraq Azərbaycana qarşı qeyri-ciddi fikirlər səsləndirdi. Amma həmin şəxsin kimliyi bəlli olsa da, onun həmin yerə necə keçməsi məsələsi hələ də qaranlıq qalmaqdadır. Düzdür, ölkə başçımız bu kimi ucuz şouya heç bir reaksiya vermədi və bunu ona görə etdi ki, danışıqlarda müsbət nəticələr həll olunub. Bu, həm də bir diplomatik etikanın təcəssümü idi ki, bu cür oyunbazlıqlara əhəmiyyət verilmədi. Ancaq sirr deyil ki, bu hadisənin arxasında məhz Almaniya hökumətinin xəbəri əvvəlcədən var idi. Necə deyərlər, riyakarlığın açıq-aşkar göstəricisi yenə də məhz "yeni Fürer" Merkelin üzərində canlandı!
"Reyx" maraqları Bundestaqdan Avropa Parlamentinə doğru...
Daha bir maraqlı məqam isə Almaniya hökumətinin, daha dəqiq desək, Bundestaqının "Reyx"sayağı fəaliyyətinin Avropa Parlamentinə də sirayət etməsidir. Çünki son illərdə Avropa Parlamentinin fəaliyyəti bilavasitə "III Reyx" Almaniyasının dövrünə daha çox bənzəyir. Avropa Parlamenti struktur, üzvlük və s. fəaliyyət istiqamətləri tərəfindən eynilik təşkil edir. Qısası, Avroparlament bilavasitə Almaniyanın nəzarətindədir. Məhz buna görə də bu strukturun Azərbaycana qarşı aqressiv münasibətinin Angela Merkelin reyxkanselyariyası ilə bağlaması üçün tam əsas vardır. Almaniya hakimiyyəti Avropa Parlamentinin iki əsas fraksiyasını nəzarətdə saxlayır, o cümlədən, Avropa İttifaqının müxtəlif orqanlarına öz adamlarını yerləşdirməklə, onların da buxovlarını öz əlində cəmləşdirib. Nəticədə, Almaniyanın razılığı olmadan Avropa Parlamentinin hər hansı bir qərar və ya qətnamə qəbul edə bilməsi inandırıcı görünmür.
Göründüyü kimi, məhz Almaniya hökumətinin qeyri-səmimiliyi, riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan münasibətləri hazırda istənilən nəticəni verməməkdədir.
Azərbaycan idmanda olduğu kimi, siyasətdə də Qərbi məğlub etməyi bacardı!
Angela Merkelin anti-Azərbaycan komandasının üzvləri - Şults, Lunaçek, Brok və digərlərinin mənəvi-əxlaqi keyfiyyətləri aydın şəkildə göstərir ki, Almaniya Azərbaycana qarşı kampaniyasında, əslində bu ölkə ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-ciddi ünsürləri səfərbər edib. Yəqin ona görə ki, normal insanlar, ciddi ictimai-siyasi xadimlər, ekspertlər və s. bu cür siyasi sirk oyunlarının iştirakçısı olmaq fikrində deyillər.
Beləliklə, I Avropa Oyunları ərəfəsi və zamanı bir daha Azərbaycan kimin kim olduğunu dəqiqləşdirdi. Əsasən, bu ölkələrdən Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili bu prosesin necə həyata keçirildiyi, onun aktyorları, hədəfləri barədə dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdı. Anti-Azərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı "beşinci kolon" üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Paralel olaraq sosial şəbəkələrdə Azərbaycanın mənfi rəyinin formalaşdırılmasına cəhd olundu, Avropanın müxtəlif paytaxtlarında etiraz aksiyaları təşkil edildi. Beləliklə, "beynəlxalq ictimai rəy" kimi təqdim olunan bu amil, əslində insan resursunun olmadığı böyük adlar toplusundan başqa bir şey deyil. Bu, adi sabun köpüyüdür ki, Azərbaycan da buna həm layiqli müqavimət göstərdi, həm də onu açıb bütün dünyaya nümayiş etdirməyi bacardı. Nəticədə, "IV Reyx"in Azərbaycana təsir imkanları sıfıra bərabər oldu. Azərbaycan idmanda olduğu kimi, siyasətdə də Qərbi məğlub etməyi bacardı!
(Son)
Rövşən NURƏDDİNOĞLU