Ermənistan prezidenti Serj Sarkisyan ötən gecə Ermənistanın öncül iqtisadiyyatçıları ilə ölkədə gedən son prosesləri müzakirə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, elektrik enerjisində qiymət artımı ilə bağlı araşdırmalar nəticələnənə qədər dövlət elektrik borclarını ödəməyi üzərinə götürüb. Buna baxmayaraq, nümayişçilər yenə də öz etirazlarını dayandırmırlar. Buna isə başlıca səbəb kimi Ermənistanın müstəqil siyasət aparmadığını, Rusiyadan asıllı olduğunu və hazırkı prezidentə inanmadıqlarını göstərirlər. Nümayişçilərin bəziləri Rusiya tərəfdarı olan Ukraynanın eks prezidenti Viktor Yanukoviçi devirən Maydan hadisələrini örnək göstərərək, bunun Ermənistanda da təkrar oluna biləcəyini dilə gətirirlər. "Talana son" şüarı altında gedən nümayişdə iştirak edənlər "Biz bu oyunun bir parçası olmayacağıq, bu bizim ölkəmizdir və qərarları da biz verməliyik"- deyə, çağırışlar edirlər.Qeyd edək ki, Serj Sarkisyan keçirdiyi müşavirədə bütün bunları öz dili ilə etiraf edib: "Biz bu haqda danışdıq və ilkin qərar aldıq. Amma bilirəm ki, insanlarda müəyyən güvənsizlik var. Şübhə və etibarsızlıq bizim birinci düşmənizimizdir".
sia.az