PDF Oxu

Siyasət

  • 10

“Azərbaycan Prezidenti siyasətini böyük güclərin deyil, xalqın dəstəyi üzərində qurub" MÜNASİBƏT

“Azərbaycan Prezidenti siyasətini böyük güclərin deyil, xalqın dəstəyi üzərində qurub" MÜNASİBƏT

"Qərbin və ABŞ-ın müxtəlif siyasi dairələrinin ölkəmizə qarşı qərəzli mövqedən çıxış etmələrinin arxasında birbaşa erməni lobbisi dayanır. Azərbaycanın uğurlarını görməzlikdən gəlmək, hər addımında ölkəmizə qarşı sərt mövqedən çıxış etmək, qərəzli bəyanatlar vermək ancaq və ancaq ermənipərsətlərə xas xüsusiyyətlərdir". Bu fikirləri SİA-ya politoloq Ramiz Alıyev bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyalarına münasibətini açıqlayarkən deyib.Politoloq qeyd edib ki, özünü demokratiya carçısı hesab edən ABŞ Dövlət departamenti insan hüquqlarını müdafiə edirsə, o zaman bir milyon qaçqın və məcburi köçkünlərimizin də hüquqlarını müdafiə etsinlər: "Sözügedən təşkilat bu illər ərzində bir dəfə də olsun bu mövzuya reaksiya verməyib. Çünki onlara bu insanların hüquqları lazım deyil. Onlara ölkəsini satan, erməni lobbisindən ayrılan maliyyə vəsaitləri ilə ölkədə iğtişaşlar törətməyə cəhd edən, vergidən yayınaraq ölkə qanunlarını pozan şəxslərin hüquqları maraqlıdır. Bu günlərdə Ermənistanda mitinqlər zamanı əhaliyə edilən zülm, mətbuat nümayəndələrinə belə polis tərəfindən xəsarət yetirilməsini nə Qərb, nə də ABŞ mətbuatı tirajlamadı. Ona görə ki, Ermənistan müstəqil siyasət aparmır və hansısa dövlətin vassalıdır. Azərbaycan isə bunların əksi olaraq, dünyada söz sahibinə çevrilməklə yanaşı, tam mənası ilə öz müstəqil siyasətini aparır heç bir ölkədən asılı deyil. Bu baxımdan da bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı belə qərəz nümayiş etdirirlər. Azərbaycan Prezidenti öz siyasətini böyük güclərin deyil, xalqın dəstəyi üzərində qurub".

Ramiz Alıyev onu da qeyd edib ki, I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunması və qüsursuz başa çatması da bu dairələri narahat edən məsələdir: "Azərbaycanda hakimiyyətlə xalqın vəhdəti, xalqın Ölkə başçısı İlham Əliyevə inam və etimadı bu dairələri narahat edir desək, yanılmarıq. Bu baxımdan da hesab edirəm ki, nə qədər çalışsalar da, dövlətimizin imicinə xələl yetirə bilməyəcəklər".

sia.az

Digər xəbərlər