İki il yarım ərizində hər gün diqqətdə saxlanılan ilk Avropa Oyunlarının açılış mərasimində yaşadığımız hisslər 17 gün ərizində davamlı olaraq bizi qürurlandırdı. İdmançıların yarışları keçirilən idman araenalarının yüksək standarlara cavab verməsi, yüksək təşkilatçılıq, xalqımızın qonaqpərvərliyi də Azərbaycan uğurlarından xəbər verdi. 17 gün ərizində Azərbaycanda bayram əhalı hökm sürdü. Nəhayət, 28 iyun tarixidə bağlanış mərasiminin qeyri-adi təqdimi yaddaşlarda xatırlanancaq daha bir yeni səhifə oldu. Açılış mərasimi zamanı təqdim olunan ssenari bağlanışda təkrarlanmadı. Yeni ahəngdə, yeni proqramda təqdim olunuan möhtəşəm idman bayramının bağlanış mərasimi yenə də Bakı Olimpiya Stadionunda böyük coşqu yaratdı. Artıq Azərbaycan bu mərsimə daha böyük qələbə sevinci ilə gəlmişdi. Əgər açılış mərasiminə ölkəmizə göstərilən inam, etibarın sevincini, hazırlıq işlərinin yüksək səviyyədə başa çatdırmasının qüruru ilə gəlmişdiksə, bağlanış mərasimində təəssüratlarımız daha zəngin idi. Sülh, əmin-amanlıqla idman yarışına ev sahibliyi edən Azərbaycan qələbə tarixini yaşayırdı. Dünya idman ictimaiyyətinin gözünün Azərbaycanda olduğu zamanda paytaxtımız oyunlara yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycan idmançıları yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandı. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. Demək, Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq Azərbaycan nəsib oldu. Bu, böyük qələbəmizdir.
Avropa Oyunlarının məşəlinin söndürüldüyü gün Azərbaycanın gələcək yoluna daha böyük alovlar saçdı. Oyunların bağlanış mərsimində Azərbaycanın Birinci Xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bidirdiyi kimi, gələn il Bakıda 42-ci Şahmat Olimpiadası və "Formula-1" Avropa Qran-pri yarışları keçiriləcək:"2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq".
"Bakı-2015" gözlənildiyindən də möhtəşəm bir tədbirə yekun vurdu. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə Bakıya cəmi otuz ay ayrılsa da, bu cür möhtəşəm qitə miqyaslı oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya Hərəkatını şərəfləndirdi. Bu, həqiqətən də belə oldu. Bunun üçün böyük qüvvə çalışdı. Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi. 17 gün ərzində Avropa dövlətləri arasında birlik, həmrəylik və dostluq nümayiş olundu.
Dünyanın aparıcı mətbu orqanları möhtəşəm idman yarışına hazırlıq başlanandan ta son günə qədər - bağlanış mərasiminə qədər işıqladırdı. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən söz açıldı, görülən işlər yüksək qiymətləndirildi. Anadolu Agentliyinin və "TRT HABER" kanalının saytının yaydığı "Bakıda möhtəşəm bağlanış" sərlövhəli məqalədə ilk Avropa Oyunlarının yüksək peşəkarlıqla təşkili, bu oyunlarda təmsil olunan idmançıların sayı və idman növləri, atletlər üçün yaradılmış hərtərəfli şəraitdən söz açılıb. Bağlanış mərasiminin təşkili barədə türkdilli oxuculara ətraflı məlumat verən müəllif mərasimdə Azərbaycanın çağdaş mədəniyyəti və qədim ənənələrinin bir daha tərənnüm edildiyini vurğulayıb, diqqətə çatdırılır ki, "Bakı-2015" ilk Avropa Oyunlarının qazandığı böyük şöhrət Azərbaycanın hərtərəfli və davamlı inkişafının göstəricisidir.
Serbiyanın aparıcı xəbər saytlarında, qəzetlərində və televiziya kanallarında, Ukrayna mətbuatında da "Bakı-2015" ilk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi oxucuların ixtiyarın verilib. Məlumatlarda qeyd olunur ki, ilk Avropa Oyunlarına Bakıda keçirilmiş möhtəşəm bağlanış mərasimi ilə yekun vuruldu. Tədbirdə Azərbaycanın adət-ənənələri, qonaqpərvərliyi, iqtisadi inkişafı və müasirliyi müxtəlif elementlərlə nümayiş olundu. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə istinad edilir:"Azərbaycan gələcək Yay Olimpiya Oyunlarına da ev sahibliyi etməyə hazırdır". Məqalələrdə birinci Avropa Oyunlarının bağlanış mərasimindən ən maraqlı anları əks etdirən fotosessiyalar da yerləşdirilib.
Bütün bunlar Azərbaycan reallıqlarıdır ki, böyük şövqlə qələmə alınır. Azərbaycanını möhtəşəm oyunlara ev sahibliyi etməsi onun parlaq gələcəyindən çox məqamları dünya oxucusuna, izləyicisinə çatdırır.
NƏZAKƏT