PDF Oxu

Siyasət

  • 14

Azərbaycan XİN terror aktını pisləyib

Azərbaycan XİN terror aktını pisləyib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir. Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Azərbaycan XİN-dən SİA-ya verilən məlumata görə, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir.

sia.az

Digər xəbərlər