PDF Oxu

Siyasət

  • 9

“Azərbaycan idmanda da Avropaya inteqrasiyasını sübut etdi” AÇIQLAMA

“Azərbaycan idmanda da Avropaya inteqrasiyasını sübut etdi” AÇIQLAMA

"Azərbaycan Avropaya inteqrasiya edirsə, Avropa Oyunlarının Azərbaycanda təşkil olunması, Avropaya inteqrasiya etmə meylinin praktiki sübutlarından biri hesab olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.O qeyd edib ki, Avropaya inteqrasiya edən Azərbaycan hər sahədə olduğu kimi, idmanda da inteqrasiyasını sübut etdi. Bundan başqa, ölkəmiz bu kimi tədbirləri təşkil etmək iqtidarında olduğunu göstərmiş oldu: "Mən bunu çox yüksək qiymətləndirirəm. Çünki, Avropaya inteqrasiya mücərrəd məsələ deyil. Gərək idmanın Avropa idmanı ilə birləşsin, mədəniyyətin Avropa mədəniyyəti ilə bərabərləşsin, tarixin Avropa tarixinə uyğunlaşsın, elmin Avropa elminə birləşsin, siyasi – ictimai həyat modelin Avropa ictimai – siyasi həyat modelinə birləşsin ki, sən o zaman Avropaya inteqrasiya etmiş olasan. Bu baxımdan hesab edirəm ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, elə bu proporsional layihələrin imzalanmasının məntiqi davamıdır. Bu Oyunların yüksək səviyyədə təşkil olunması, effektli keçirilməsi Azərbaycanın bu cür beynəlxalq tədbirlər keçirməyə hazır olduğunu, bir dövlət kimi təşəkkül tapdığını, öz ərazisində keçirilən tədbirlərin təhlükəsizliyini təminetmə gücünə malik olduğunu sübut edən bir faktdır".

sia.az

Digər xəbərlər