Birinci Avropa Oyunları başa çatdı və artıq bu möhtəşəm hadisə Avropa tarixinin səhifəsinə qızıl hərflərlə yazılmış oldu. Eyni zamanda sübut olundu ki, Azərbaycan Avropa və Asiyada qitəsində aparıcı dövlət olması ilə yanaşı, həm də region ölkələrin arasında liderlik mövqeyini qoruyub-saxlamaqla yanaşı, həm də inkişaf etdirir. Söz yox ki, Azərbycanın bu kimi mövqeyi istər xarici, istərsə də daxili düşmənlərin maraqlarına cavab vermir. Görünür, bu baxımdan, I Avropa Oyunları ərəfəsində, oyunlalrın getdiyi bir zamanda, eləcə də bu yarışlar bitdikdən sonra həmin tərəflər öz uğursuz hücumlarını müxtəlif səpkili qərəzlər, böhtanlar vasitəsilə reallaşdırmağa çalışırlar. Bəzi "müxalifətçiyəm" deyən mətbu orqanlar öz yerində, həmin mətbuatlarda palaz-palza müsahibələr, açıqlamalr verən ermənisevərlər də öz yerində saymaqla məşğuldurlar.
Bu arada "Milli Şura"nın finksioneri, siyasi, həyati əqdisəsizliyi və digər çatışmayan cəhətləri ilə seçilən Gültəkin Hacıbəyli aşıq-aşkar şəkildə Azərbaycan dövlətinin 20 faiz torpağını işğal etmiş Ermənistana, düşmən ölkənin prezidenti, torpaqlarımızın işğalında, xüsusilə Xocalı soyqırımında fəalıq göstərmiş Serj Sarkisyana məhəbbətini özünəməxsus qaydada izhar edib. Guya Azərbaycandakı durumun Ermənistandakı vəziyyətdən qat-qat pis olduğunu iddia edən bu satqın tip, bu da azmış kimi, Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən, erməni lobbisinin dəstəyi, sifarişi ilə fəaliyyət göstərən bir sıra Qərb təşkilatlarını da dəstəklədiyini etiraf etdi. Özü də siyasi həyasızlığın ən aşağılıq, ən padoşçu sifəti ilə!
Bəli, bir dəfə deputat seçilə bilməməsinə görə, Azərbaycan hakimiyyətinə və xalqına qarşı bu qədər amansız davranmağa psixi pozğun adını verməkdən başqa çarəmiz də qalmır. Gəlin Gültəkin Hacıbəylinin çox sevdiyi erməni aşnaları qarşısında necə dəridən-qabıqdan çıxmasına nəzər salaq. Sitat: "Azərbaycan ətrafında formalaşmış beynəlxalq durum göz önündədir. Yaranmış situasiyanın səbəbkarı məhz Azərbaycan hakimiyyətidir. Ona görə Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatları özünə qarşı ədalətsiz yanaşmada ittiham etməyə haqqı yoxdur..." (?!).
Maraqlıdır, demək, Gültəkin Hacıbəylinin dediklərindən belə çıxır ki, erməni lobbisinin də təsir göstərdiyi Qərb siyasi dairələri öz siyasi, iqtisadi və s. maraqlarını Azərbaycanda təmin edə bilmədiklərinə görə, Azərbaycan hakimiyyətinin onlara imkan vermədiyinə görə, günahkar da məhz Azərbaycan hakimiyyətidir?!
Məsələ də budur, məsələ budur ki, "Milli Şura", AXCP "təfəkkürü" olan insanların ağıl və dərrakələri, düşncə tərzləri bundan ötəyə getmir. Demək, "mən hüquq müdafiəçisiyəm" deyib, ölkənin dövlətçilik maraqlarını xarici düşmənlərə satan adamlar həmin əməllərinə görə həbs olunarkən, günahkar dövlətmi olur?! Güktıkin Hacıbəylinin fikrincə, bu, beləymiş...
Amma sonda gəlin Gültəkin Hacıbəylinin aşkar şəkildə Ermənistandakı hazırkı inqilaböncəsi xaoslu, anarxik vəziyyəti inkişaf və tərəqqi edən Azərbaycandan üstün tutmasına baxaq və təbii ki, Hacıbəyli həmin fikirlərini ona tribuna verən Əli Kərimlinin "Azadlıq" qəzetində deyib. Sitat: "Ermənistanda siyasi durum Azərbaycandan qat-qat yumşaqdır..."
Bizcə, artıq şərhə ehtiyac qalmır. Gültəkin Hacıbəylinin qiymətini isə qoy istəyənlər versinlər. Onsuz da o, bir siyasi fahişə kimi çox ucuz qiymətədir. Üstəlik, Serj Sarkisyanın xoşuna gəlmək üçün özünü satışa belə çıxarıb.
Rövşən RƏSULOV