Çində Uyğur türklərinə qarşı aparılan siyasəti qətiyyətlə pisləyirəm. Bu gün onlar müsəlman, türk olduqları üçün vəhşiliklərə məruz qalırlar". Bu fikirləri millət vəkili, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev "facebook" sosial şəbəkindəki şəxsi profilində paylaşıb.Millət vəkili qeyd edib ki, 60 ildən çoxdur uyğur türkləri ədalətsizliklə üz-üzədirlər: "Hazırda öz milli haqlarını itirmək təhlükəsi ilə yaşayan uyğurlar, qorxu içindədirlər. Təəssüf ki, XXI əsrdə insanlar dini və milli ayrıseçkiliyə məruz qalaraq, ağır işgəncələr altında yaşayırlar. Əsl insan hüquqları Çində uyğurların başına gətirilən faciələrlə pozulur. Bu gün adlarını beynəlxalq təşkilat qoyub, demokratiya, insan haqları ilə bağlı bəyanatlar verənlər niyə bununla bağlı da bir fikir səsləndirmirlər? Belə qurumlar Çində yaşanan hadisələrə biganə yanaşırlar. Türk dünyasına gəlincə, bütün türklər buna qarşı biganə qalmamalı, öz qardaş bacılarının müdafiəsini beynəlxalq səviyyədə aparmalıdırlar".
sia.az