Hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistikası Günü kimi qeyd edilir. 1924-cü ilin 2-də Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılmışdır. SİA-ya verdiyi məlumata görə, bunu millət vəkili Rauf Əliyev deyib.
Millət vəkili bildirib ki, bayram kimi 1995-ci ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının təşəbbüsü ilə keçrilir: "Ölkəmizdə ümumi jurnalistika ilə bərabər İdman jurnalistikası da çox uğurlu inkişaf etmişdir. Bakıda keçrilən İlk Avropa Oyunlarının istər televiziya istərsə mətbuat səhifələrində operativ surətdə tamaşaçıların və oxucuların nəzərinə çatdırılmasında idman jurnalistlərinin böyük əməyi olmuşdur.
17 gün ərzində keçrilən idmanın 20 növü üzrə keçrilən yarışların gedişi barəsində tamaşaçılara professianal səviyyədə əksər hallarda canlı yayımlarla məlumat verilmişdir. Bu ələmatdar gün münasibəti ilə idman jurnalistlərini təbrik edir onlara işlərində yeni-yeni uğurlar arzu edirəm".
sia.az