"Əgər həqiqətən də Ermənistan prezidenti Serj Sarkisyan özü etiraf edirsə ki, rəsmi İrəvanda korrupsiya, rüşvətxorluq hakimiyyəti zəiflədir, deməli orada vəziyyət olduqca acınacaqlıdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, Ermənistanın bərbad günə düşməsinə bilavasitə səbəbkar elə məhz Serj Sarkisyanın özüdür: "Məsələnin əsas kökü isə onların bu günə kimi Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Hətta inkişaf etmiş bir dövlət belə başqa ölkənin ərazilərini işğal edib onu öz nəzarəti altında saxlayırsa, bu onun iqtisadiyyatı üçün çox böyük zərbədir. Beləcə, rəsmi İrəvanın iqtisadiyyatının acınacaqlı vəziyyətdə olmasına başlıca səbəb işğal faktorudur. Onlar bunu başa düşmək istəmirlər və başqa səbəblər axtarmağa çalışırlar. Digər tərəfdən ermənilər elə xarakterik cəhətlərinə görə həm korrupsionerdirlər, həm də saxtakar. Bu mənada korrupsiyanın orada geniş yayılması təəccüblü deyil".
sia.az