PDF Oxu

Siyasət

  • 4

Elçin Mirzəbəyli: “ATƏT-dən ciddi heçnə gözləmirəm” AÇIQLAMA

Elçin Mirzəbəyli: “ATƏT-dən ciddi heçnə gözləmirəm” AÇIQLAMA

"Azərbaycan tərəfi bir çox məsələlərlə bağlı mövqe nümayiş etdirəcəyini öncədən bəyan edib. İyulun 4-də Finlandiyanın Helsinki şəhərində ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyası kifayət qədər gərgin keçəcək. Çünki müzakirə olunacaq mövzular çoxdur". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Siyasi şərhçinin sözlərinə görə, ATƏT məkanında münaqişələrin həlli ilə bağlı hər hansı bir addım atılmayıb: "Əksinə yeni münaqişələr formalaşıb. Eyni zamanda "Adi Silahlar haqqında" cinah sazişinin pozulması faktları artır. Xüsusilə də Rusiyanın son dövrlərdə Ermənistana yeni silahlar verəcəyi ilə bağlı səsləndirdiyi fikirlər də növbəti dəfə sözügedən sazişin pozulması faktını ortaya atıb. Bununla bağlı Avropa təhlükəsizliyinin təminatçısı olmağa borclu olan dövlətlərin son dövrdəki davranışları bu məkanda kifayət qədər ciddi problemlər yaradıb. ATƏT Parlament Assambleyasının (PA) statusu ilə bağlı bu və ya digər məsələ ortaya qoyulsa da o, problemlərin həllinə imkan vermir. Azərbaycanda artıq ATƏT adlı bir qurumun hansı imkanlara, statusa malik olduğunu kifayət qədər yaxşı bilirlər. Eyni zamanda uzun illər boyu BMT qətnamələrinin yerinə yetirilməsində bilavasitə borclu olan ATƏT-in Minsk qrupunun atdığı addımlar da Azərbaycanın bu qurumla bağlı təəssüratlarını ortaya qoyur. Prinsip etibarilə orada hansı məsələlərin müzakirə olunmasından asılı olmayaraq, mən bu qurumdan ciddi heçnə gözləmirəm".

sia.az

Digər xəbərlər