PDF Oxu

Siyasət

  • 8

Bacarıq və peşəkarlığın təzahürü

Bacarıq və peşəkarlığın təzahürü
Дünyada baş verən qloballaşma Azərbaycanın dünya dövlətlərinə inteqrasiya prosesini sürətləndirib. Azərbaycan milli-mənəvi dəyərləri, siyasəti, iqtisadi göstəriciləri ilə dünya ölkələrinə yol açaraq böyük potensiala malik olduğunu təqdim edir. Bu və ya digər faktorlar Azərbaycanın müstəqil dövlət olaraq dünyada imicini yüksək şəkildə formalaşdırır. Azərbaycanın dünyaya inqenqasiya olunması prosesində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etməliyik. Fəaliyyətdə olduğu dövr ərzində həyata keçirdiyi irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli layihələri öz nətcəsini verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın gənc olmasına baxmayaraq gördüyü işlər miqyas baxımından əhatəlidir. Müxtəlif sahələri əhatə edən bu fəaliyyət təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclərlə işi kimi sahələrdə yüksək nəticələr verib.

Əməli fəaliyyəti sahəsində Leyla Əliyevanın tərcümeyi-halında nail olduğu uğurlar və fəaliyyət daha aydın görünür. Belə ki, o, 2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Elə həmin il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib. Jurnalın təsisçisi və baş redaktoru özüdür. 2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru vəzifəsində çalışır. 2009-cu il aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. 2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub. 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2011-ci ilin oktyabrında Londonda "Baku" jurnalının ingilis dilli versiyasını təqdim edib. 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, "Key to life" fəxri mükafatına layiq görülüb. 22 noyabr 2011-ci ildə BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb.

2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. Həmin il Leyla Əliyeva III dərəcəli "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub. 2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı səfiri adına layiq görülüb. Eləcə də insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinizə və ekoloji tarazlığın təmin edilməsi məqsədilə beynəlxalq dialoqun inkişafına dəyərli töhfələrinə görə "İlin beynəlxalq dialoqu" mükafatı ilə təltif olunub.

Bu xronoloji ardıcıllıqda tarixə yazılan sətirlər onun genişmiqyaslı fəaliyyətinin sətirləridir. Sözsüz ki, bu nailiyyətlər onun boy atdığı mühitlə, formalaşdığı ailəsi ilə sıx bağlı olan amillərdir. Ulu Öndər Heydər Əliyev kimi müdrik bir Şəxsiyyətin ailəsində böyüyən və bu nəslin təmsilçisi olan Leyla xanım sözsüz ki, belə bir prinsipial mövqedə, Azərbaycanın müdafiəsində, onun uğurlu gələcəyinin parlaq olmasında əməli fəaliyyəti ilə seçilməli idi. Müsahibələrinin birində ona verilən "Heydər Əliyev həyatınızda sizə ən çox kömək olan hansı məsləhəti vermişdi" sualına belə cavab verir: "Mən indi başa düşürəm ki, nə qədər böyük bir insana yaxın olmuşam və nə qədər böyük bir insan söhbətlərim olub. Hətta Onunla beş dəqiqə söhbət edənlər belə Ondan çox qiymətli dərs ala bilirdilər. Amma mən Onu hər gün görürdüm. Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi. O, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən. Mən Onu səhv etməyən və hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç nə olmamışdır. Buna görə də düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa, ona nail olacaqsan". Elə Leyla xanım da hər bir işin mümkünlüyünü bu ailə də əxz edib. "Sizin üçün "mümkün deyil" anlayışı mövcuddurmu" sualını cavablandırarkən belə deyir: "Mənim fikrimcə, "xeyr". Çünki nə vaxt ki, "bacarmıram" deyirlər, bu, əslində "lazımi qədər istəmirəm" deməkdir. Yəni bir şeyi kifayət qədər istəyirsənsə, istədiyinə inanırsansa, çox iş görmək mümkündür. Vacib olanı isə gördüyün işin həqiqətən faydalı olmasıdır. Dərəcəsindən asılı olmayaraq, müsbət nəticəni, işinin fayda verdiyini gördükdə daha çox iş görmək istəyirsən".

Bəli, Leyla xanım görmək istədiyini, aldığı həyat dərsini sonrakı fəaliyyətində, əməlində göstərdi. Bu gün Rusiyanın azərbaycanlı gənclərinin təşkilatlanmasında, Leyla Əliyevanın əməyi müstəsnadır. Azərbaycanın sülsevər, humanist, dini tolerantlığa hörmətlə yanaşan, milli-mənəvi dəyərləri qoruyan bir xalq olduğunu Rusiyada nümayiş etdirir.

Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanizm prinsipləri ilə silahlandığından həyata keçirilən irimiqyaslı layihələrinin sədası inkişaf etmiş, nüfuzlu dövlətlərdən, ən mötəbər beynəlxalq qurumlardan belə eşidilir. Bu, Leyla xanımın gənc olmasına baxmayaraq, bacarıq və artıq peşəkarlığının təzahürüdür. Leyla Əliyeva Azərbaycanı ən yüksək bir şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, mövcud problemləri, ən əsası isə Qarabağla bağlı məsələləri dünya dövlətlərinin diqqətinə çatdırır, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan reallıqlarına yönəldir.

Qısa məsafədə görülən işlər Azərbaycanın dünyaya nüfuz etməsinə səbəb olub. RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim edir. RAGT fəaliyyət göstərdiyi zamandan ucsuz-bucaqsız Rusiya məkanında özünə imic yaradıb. Hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli və lazımlı vasitəsinə çevrilib.

Leyla xanımın təşəbbüsü və həyata keçidiyi layihələr əsasında RAGT-ın coğrafiyası genişlənməkdədir. Rusiyanın bir sıra şəhərlərində azərbaycanlı gənclər klubları fəaliyyətdədir. Moskvada, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda yerləşən təşkilatlar gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə edir. RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Məlum olduğu kimi, artıq bir neçə ildir keçirilən "Qanının milləti yoxdur" aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAİDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə müvafiq leksiyalarla regionları dolaşırlar.

Azərbaycan-Rusiya münasibətləri, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin yüksəlməsində RAGT-ın rolunu vurğulamaq lazımdır. Bu gün Rusiyanın azərbaycanlı gəncləri qarşısında elm, mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirmək üçün imkanlar açılır. Rusiyada tələbəlik təkcə təhsil potensialı deyildir, həm də Azərbaycan reallıqlarının qeyri-rəsmi səfiri olmaq deməkdir. Gənclər ölkəmizin uğur və nailiyyətlərini Rusiyanın mədəni və elmi ictimaiyyətinə çatdırırlar. RAGT belə bir missiyanı uğurla reallaşdırır.

Bu gün RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. RAGT-ın uğurları, onun beynəlxalq proseslərə inteqrasiyası sürətlənir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir. Hər bir işin əsasında ən əsası səmimi, saf, insani münasibətlər dayanır. Leyla xanım müsahibələrinin birində belə deyir:"Bizim vəzifəmiz azərbaycanlı gənclərin rusiyalı yaşıdları ilə həmişə mehriban münasibətdə olmasıdır. Bizim Vətənini sevən çox ağıllı və istedadlı gənclərimiz var. Hesab edirəm ki, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin saxlanması və möhkəmlənməsinə verilən töhfə RAGT-nin Azərbaycan və Rusiyanın qarşılıqlı münasibətlərinə əsas töhfəsidir".

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında, onun imicinin formalaşmasında Leyla xanımın rolu danılmaz faktordur. Azərbaycanı kənarda dövlət olaraq yaşatmaq, onun milli-mənəvi dəyərlərini təbliğ etmək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini, xalqımızın qəhrəmanlıq tarixini, onun coğrafi-ərazisini tanıtmaq baxımından həyata keridiyi layihələr əhəmiyyətlidir. Azərbaycanın sürətli inkişafı, dünya dövlətlərində təbliği onun imicinin daha da yüksəlməsinə səbəb olur. Leyla xanım Əliyeva Rusiya kimi bir dövlətdə fəaliyyətini müxtəlif sahələrə şaxələndirib, böyük layihələri həyata keçirməklə böyük bir missiyanı reallaşdırır. Bu kimi işlər qısa bir zaman məsafəsində Leyla xanım Əliyevanı tanıdıb və sevdirib. O, hər şeyə kreativ yanaşmağı bacarır.

Bəli, qaynar həyatda bütün gücü, enerjisi ilə Azərbaycan xanımı gördüyü bütün işlərə həddindən artıq çox vaxt ayırsa da övladlarını unutmur: "Uşaqlar - ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var... Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar".

Nəzakət ƏLƏDDİNQIZI