PDF Oxu

Siyasət

  • 13

“Ermənistan Rusiyadan “İsgəndər” silahını ala bilməz” AÇIQLAMA

“Ermənistan Rusiyadan “İsgəndər” silahını ala bilməz” AÇIQLAMA

"Ümumiyyətlə Ermənistan Rusiyadan "İsgəndər" silahını nə ala bilməz, nə də o silahı Dağlıq Qarabağda yerləşdirə bilməz". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Rusiya "İsgəndər" silahını Ermənistana sata bilməz: "Yəni bu sadəcə olaraq Ermənistan siyasətçilərinin, rəhbərlərinin Azərbaycanı qorxutmaq, ölkəmizə psixoloji təsir etmək üçün ortalığa atdığı qərardır. Rusiyada "İsgəndər" silahının satılması ilə bağlı qərar var. "İsgəndər"in satılması ən yaxşı halda 2016-ci ildən sonra başlaya bilər. Digər tərəfdən Rusiyanın Ermənistana verdiyi pul cəmi 200 milyon dollardır. 200 milyon dollar elə təkcə "İsgəndər"in puludur. Sözügedən silahın qiyməti təxminən 140-150 milyon dollar məbləğindədir. Rusiya hələ Ermənistanda özünün bazasında heç "İsgəndər" qoymayıb. Belə olan təqdirdə onu rəsmi İrəvana niyə verməlidir?M.Əhmədoğlu əlavə edib ki, Səudiyyə Ərəbistanı hazırda "İsgəndər"in hər birinə yarım milyard dollar pul verməyə hazırdır: "Artıq Rusiya həmin silahı Səudiyyə Ərəbistanına satmağı fikirləşir. Hətta Rusiya ekspertləri açıqlama verdi və erməni eksperləri özləri də dedi ki, Ermənistan bu mövzunu Azərbaycanı qorxutmaq üçün ortaya atıb. Amma əslində ermənilər bununla da sübut etdilər ki, onlar doğurdan da silah baxımından Azərbaycanla müqayisədə xeyli zəif və kasıbdırlar".

sia.az

Digər xəbərlər