PDF Oxu

Siyasət

  • 15

Əliməmməd Nuriyev: “Xarici mütəxəssisə ehtiyac var" AÇIQLAMA

Əliməmməd Nuriyev: “Xarici mütəxəssisə ehtiyac var" AÇIQLAMA

"Ümumiyyətlə Şimali Koreya dövləti istisna olmaqla heç bir ölkədə əcnəbilərin müəyyən fəaliyyətlə məşğul olmasını qadağan edən norma yoxdur. Sadəcə orada müəyyən məhdudiyyətlər ola bilər". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev Rusiya prezidenti Vladimir Putinin xarici ölkə vətəndaşlarının ölkədəki hüquqi vəziyyətləri ilə bağlı qanunu təsdiqləməsinə münasibət bildirərkən deyib.Fond rəhbərinin sözlərinə görə, əcnəbilərin müəyyən əmək fəaliyyəti ilə məşğul olması mümkündür: "Burada heç bir problem yoxdur. Əgər istənilən ölkədə xarici sərmayələr qoyulursa, yeni texnologiyalar gətirilirsə, bəs bu texnologiyaları kim işə salacaq? Bunun üçün də xarici mütəxəssisə ehtiyac var. Ona görə də istər-istəməz burada əcnəbilərin əməyindən istifadə olunmalıdır. Onu qadağan etmək mümkün deyil. Sadəcə olaraq bunun qaydası var. Təbii ki, onlar lisenziya alır və lisenziya aldıqdan sonra işçi kimi fəaliyyət göstərə bilər. Amma müəyyən sahələr var ki, orada qadağan prosesi mövcud ola bilər. Çünki istənilən ölkədə bu var. Hətta düşünürəm ki, Şimali Koreyanın özündə belə çoxsaylı Çin və yaxud Rusiya vətəndaşı çalışır".

sia.az

Digər xəbərlər