Finlandiyanın paytaxtı Helsinkidə ATƏT Parlament Assambleyasının (PA) yay sessiyası davam edir.AZƏRTAC xəbər verir ki, 57 ölkənin nümayəndələrinin iştirak etdikləri sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız təmsil edir.Sessiyada "Helsinki + 40: gələcəyin ATƏT-inin yaradılması" adlı qətnamə layihəsinə baxılacaq. Həmçinin sessiya çərçivəsində ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.
AZƏRTAC