PDF Oxu

Siyasət

  • 6

Rövşən Rzayev: “Ölkəmizdə mətbuat tam azaddır” AÇIQLAMA

Rövşən Rzayev: “Ölkəmizdə mətbuat tam azaddır” AÇIQLAMA

"Azərbaycanda mətbuata göstərilən diqqət və qayğını çox yüksək dəyərləndirirəm". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib. Deputatın sözlərinə görə, ölkəmizdə mətbuat tam azaddır: "Hətta elementar bir ərizə ilə istənilən qəzeti, mətbu orqanı yaratmağa imkan var. Bununla belə, Azərbaycanda internet 100 faiz azaddır. Təbii ki, bu da onu göstərir ki, Azərbaycanda söz, ifadə, fikir azadlığı tamamilə yerini tutub. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 155 mətbuat orqanı işçilərinə (istər iqtidar, istərdə də müxalifət düşüncəli insanlara) mənzillər paylanıldı. Bununla belə mütəmadi olaraq mətbuatın inkişafı üçün dövlət tərəfindən vəsaitlər ayrılır. Düşünürəm ki, bu, vətəndaş cəmiyyətinin, demokratik dövlətin inkişafında öz töhfəsini verə bilən addımlardan biridir. Çox şadam ki, dövlətimiz tərəfindən mətbuatda işləyən insanlara bu cür diqqət və qayğı var".

sia.az

Digər xəbərlər