PDF Oxu

Siyasət

  • 9

ABŞ-ın Avropanı gizli dinləməsi...

ABŞ-ın Avropanı gizli dinləməsi...

Dövlət başçıları haqqında əldə olunan informasiyalar sonradan onlara qarşı siyasi təzyiq və şantaj üçün istifadə edilir

Dünyada siyasi proseslərin bir-birini mütəmadi şəkildə dəyişdiyi bir zamanda ABŞ-ın xüsusi xidmət orqanları ətrafında yaranmış qalmaqallar da səngimək bilmir. Belə ki, kəşfiyyatın, eləcə də gilzi xəfiyyənin Avropanın ən aparıcı ölkələri olan Almaniyanın, Fransanın dövlət başçılarını, onların nazirlərini, həmçinin parlamentarilərini dinləməsi əslində bir çox mənbələri aşkarlamış olur. Məsələn, bugünlərdə aşkar olunub ki, Fransanın Yelisey dövlət sarayının lap yaxınlığında yerləşən ABŞ səfriliyinin üçüncü mərtəbəsindəki pəncərəsiz tikilidən birbaşa prezident Ollandın və onun komandasının telefon danışıqları dinlənlilirmiş. Hətta bunun üçün Fransaya məxvi yollarla bu işin biliciləri gətirilib və onlar ABŞ-dan bu işlərinə görə maaaş da alırlar.

Düzdür, bu kimi məsələlər üzə çıxdıqdan, aşkar olduqdan sonra həmin dövlətlərin liderləri öz etirazlarını bildiriblər, hətta bununla bağlı mətbuat konfransları da keçirib öz narazılıqlarını ifadə ediblər. Amma bu addımlar kənardan heç də inandırıcı təsir bağışlamır. Daha dəqiq desək, bütün bunlar sadəcə siyasi teatr tamaşalarıdır. Qərbi Avropa ölkələrinin dövlət başçılarının 20-25 ildir ki, post-sovet ölkələri sırasında müstəqillik əldə etmiş dövlətlərə qarşı "ağalıq etmək" arzuları arxasında ABŞ maraqlarının dayanması şübhəsizldir. Qaba dillə desək, ABŞ Qərbi Avropa ölkələrinin aparıcı dövlətlərinin başçılarının hər bir siyasi addımları ilə yanaşı, özəl, şəxsi addımlarını da müxtəlif üsullarla izləyir və hər hansı bir fakt, dəlil əldə etdikdən sonra onlar məhz dövlət başçılarına qarşı təzyiq kimi istifadə olunur.

Almaniya, Fransa kimi avroölkələrin müstəqillikləri ABŞ siyasətinin girovluğundadır

Sadə bir misal: Deyək ki, ABŞ-ın müstəqil post-sovet respublikalarının birində hər hansı siyasi, iqtisadi, habelə digər marağı təmin olunmur. Bunu üçün həmin müstəqil respublikaya qarşı küncə sıxma əməliyyatı aparmaq lazım gəlir. Əlbəttə ki, ABŞ öz maraqlarını təmin etmək üçün həmin müstəqli ölkəyə qarşı birbaşa kəskin bəyanat verə bilməz. Çünki bu halda onun dünyaya hansı "demokratiya" ixrac etməsi dərhal ifşa olunar. Bunun üçün isə ilk növbədə Qərbi Avropa ölkələrinin aparıcı dövlətlərinin yardımına ehtiyac duyulur. Məsələn, Almaniya mətbuatı başlayır həmin ölkəyə qarşı kampaniya aparmağa və bu kampaniya çərçivəsində digər Avropa ölkələri kimi Fransa, o cümlədən, Avropa qurumları, xarici QHT-lər də Almaniyanın çağırışına əsasən hərəkətə keçirlər. Məhz bundan sonra ümumi "Qərb demokratiyasının müdafiəsi" fonunda ABŞ-ın Dövlət Departamenti, Konqresi ya da Senatı bəyanat, hesabat yayır, "narahat" olduğunu bildirir. Beləliklə, burada məsələ kifayət qədər aydındır. Amma...

Amma mülahizələri yürütdükcə, sual yaranır ki, məgər Almaniya, yaxud da Fransa habelə ATƏT, AŞPA, Avropa Parlamenti kimi qurumlar digər bir müstəqil ölkəyə qarşı Səlib yürüşünə çıxmağa bu qədərmi məcburdurlar? Axı onllar hər şeyi tam şəkildə təhlil etdikdən sonra bir nəticəyə gələ bilərdilər. Təəssüf ki, istər Almaniyanın, istər Fransanın, istərsə də ki, digər avroölkələrin özlərinin müstəqillikləri girovdadır - ABŞ siyasətinin girovluğunda!

İnanın ki, Amerika kəşfiyyatı həmin faktları sıxaraq pomidor suyu kimi əldə etməyi yaxşı bacarır

Bu baxımdan, əgər hazırda da Almaniya kansleri Angela Merkelin, Fransa prezidenti Fransua Olladın, hətta Çexiya, Polşa kimi ölkələrin dövlət rəsmilərinin telefonları ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən dinlənilirsə, demək ABŞ yaxınlarda növbəti siyasi avantürasını reallaşdırmağa başlayacaq. Bunun üçün isə bu ölkənin kəşfiyyatının əlinə Avropa ölkələrinin dövlət başçılarını şantaj edə biləcək faktlar lazımdır. Bax onda həmin ölkələr ABŞ-ın siyasi iradəsinə əks hərəkət etmiş olsalar, onlar qarşısına qoyulmuş ev tapşırığına əməl etməsələr, belə deyək ki, "2" qiyməti alsalar, onda məsələ tamamilə başqa kontestə yönələ bilər. Tutaq ki, Yunanıstandakı iqtisadi böhrana bənzər bir şey kimi...

İnanın ki, Amerika kəşfiyyatı həmin faktları sıxaraq pomidor suyu kimi əldə etməyi yaxşı bacarır. Və əgər bu gün Almaniya, Fransa həmin prosesləri öz üzərində hiss eməsəydi, onlar və onların iradəsi altındakı Avropa təşkilatları müstəqli Azərbaycanın yürütdüyü çox uğurlu və inkişaf edən siyasətinə qarşı qərəzli münasibət sərgiləməsəydilər 100 % həmn ölkələrin də daxillərində ciddi və xoşagəlməz proseslərə start veriləcəkdi. Yəni ABŞ onların da suyunu sıxıaraq, istədiyi qədər çıxaracağıydı.

Görüntü xarakterli siyasi gedişlər və ya Qərbi Avropa ABŞ-a savaş elan edəcək?

Daha bir faktoru da xatırlayaq. Məsələn, hələ bir neçə il əvvəl "WikiLeaks" saytının ABŞ Milli Təhlükəsizlik Agentliyinin dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin kabinetlərini dinləməsi ilə bağlı sənədləri dərc etməsi uzun müddət medianın gündəmini məşğul etmişdi. Hətta bir çox ölkələr buna qaşrı kəskin reaksiya versə də, ABŞ xüsusi xidmət orqanları həmin dinləmələri davam etdirdilər. Məhz bu da belə qənaətə gəlməyə zəmin yaradır ki, ABŞ-ın siyasi xətti "kim necə istəyir və nə qədər istəyir bağırsın, mən öz işimdə olacağam" stilində yürüdülür. Beləliklə, sözgedən məsələ ifşa olunduqdan sonra ölkə başçılarının boş yerə səs-küy qaldırmaları, başlarını tutub ABŞ hökumətindən baş verənlərə aydınlıq gətirilməsini tələb etmələri görüntü xarakterli siyasi gedişlərdir!

Ancaq onu da qeyd etmək yerinə düşərdi ki, burada yalnız ABŞ deyil, eləcə də ounn ən yaxın müttəfiqi, bütün işlərdə yanında yer alan Brtitaniyanın da əlinin olması gizli deyil. Çünki Amerika və onun yardımı ilə Böyük Britaniya dünyada ən inkişaf etmiş telefonları və otaqları dinləmə sisteminə malikdir.

Nəticə etibarilə, qeyd edə bilərik ki, təzyiq etmək üçün təzyiq etdirən və təzyiq edən ABŞ əslində bu siyasətini aşkar şəkildə yürütsə də unudur ki, hegemon dövlət olmasına baxmayaraq, bu vasitələrlə onun "demokratiya ixracatsıçı" imici də getdikcə korlanmaqdadır. Hətta belə davam edərsə, bir gün Qərbi Avropa dövlətlərinin baş verənlərdən təngə gələrək, ABŞ-a savaş açacaqlarını da ehtimal etmək müknüdür. Çünki hər şeydə olduğu kimi, siyasətdə də limit amili mövcuddur. Görünür, hələlik Almaniya və Fransanın limiti tükənməyib...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər