PDF Oxu

Siyasət

  • 13

Rauf Arifoğlu: “Hamı hər şeyi biləcək” AÇIQLAMA

Rauf Arifoğlu: “Hamı hər şeyi biləcək” AÇIQLAMA

"Müsavat partiyasından gedəcəyimlə bağlı fikirlərimi sosial şəbəkədə paylaşmışam". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirərkən deyib."Yeni Müsavat"ın baş yazarı istefa ehtimalı ətrafında gəzən bəzi söz-söhbətlərə də aydınlıq gətirərək bildirib ki, ictimai rəy yaxın günlərdə hər şeyi biləcək: "Yaxın zamanda bunu bütün ictimaiyyətə bəyan edəcəm".Qeyd edək ki, "Yeni Müsavat" qəzeti AXCP və "Azadlıq" qəzeti ilə aralarında baş verən məlum münaqişədən sonra Müsavat Partiyası rəhbərliyinin qəzetin mövqeyinin dəstəklənməməsi barədə yazılar dərc etmişdi. Bundan sonra isə Rauf Arifoğlunun Müsavatdan istefa verərək Ümid sıralarına qoşulacağı barədə xəbərlər yayılmışdı. Bu məsələyə də münasibət bildirən Rauf Arifoğlu deyib ki, hələlik hansı siyasi təşkilatda təmsil olunacağı barədə qəti fikri yoxdur: "Hesab edirəm ki, baş redaktor olaraq mənim hər hansı bir partiyada təmsil olunmağım məcburi deyil. Amma hansısa siyasi partiyaya daxil olsam bu barədə cəmiyyət xəbərdar olacaq".

sia.az

Digər xəbərlər