PDF Oxu

Siyasət

  • 5

Pənah Hüseyn: "İctimai Palatanın yenidən bərpası mümkün deyil" MÜNASİBƏT

Pənah Hüseyn: "İctimai Palatanın yenidən bərpası mümkün deyil" MÜNASİBƏT

"Milli İstiqlal Partiyasının (AMİP) irəli sürdüyü təkliflə tanışam. Amma orada söhbət müxalifətin və deputatlığa keçmiş namizədlərin 2010-cu il parlament seçkilərindən sonra yaratdığı İctimai Palatadan getmir". Bu fikirləri Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyin İctimai Palatanın bərpa edilməsi ilə bağlı fikirlərə münasibətini bildirərkən deyib.AXP sədri qeyd edib ki, verilən təklifin müxalifətçilik amilinə heç bir aidiyyatı yoxdur: "Burada söhbət prezident yanında İctimai Palatanın təsis edilməsindən gedir. Məsələn Rusiyada belə bir qrum mövcuddur və onun fəaliyyəti həmin ölkədəki partiyaların bir-biri ilə münasibətlərini tənzimləməkdən ibarətdir. Burada da belə bir qurum olsa pis olmazdı. Bu həm də mövcud olan dialoq mühitinin daha da genişlənməsinə öz bənzərsiz tövhələrini verə bilər".Pənah Hüsryn son olaraq qeyd edib ki, bəzilərinin fikirləşdiyi İctimai Palata, yəni 2010-cu ildə müxalifət düşərgəsində yaradılmış bu qurum zamanında öz rolunu oynayıb və işinə xitam verilib: "Hazırda onun yenidən bərpası real görünmür".

sia.az

Digər xəbərlər