PDF Oxu

Siyasət

  • 15

Aqil Abbas: “Senzuranın ləğv edilməsi buna bariz sübutdur” AÇIQLAMA

Aqil Abbas: “Senzuranın ləğv edilməsi buna bariz sübutdur” AÇIQLAMA

"Bu gün cənab Prezident İlham Əliyevin mətbuata və Azərbaycan jurnalistlərinə verdiyi qiymət dünyanın heç bir ölkəsində yoxdur". BunuSİA-ya millət vəkili Aqil Abbas Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.Deputatın sözlərinə görə, ölkəmizdə söz və mətbuat azadlığı mövcuddur: "Bununla belə mətbuat işçilərinə göstərilən diqqət və qayğı, onların mükafatlandırılması, qəzetlərə maddi yardımların edilməsi, jurnalistlərə mənzillərin verilməsi jurnalistikanın inkişafına böyük bir töhfədir. Dünyanın heç bir yerində yoxdur ki, dövlət jurnalistlərə təmənnasız ev versin. 2013-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən150 mənzil jurnalistlərə təqdim olundu. Hazırda isə 255 mənzilin tikintisi davam edir. Hələ vaxtilə Ümummilli Lider Heydər Əliyev də mətbuat işçilərinə böyük diqqət göstərirdi, onların probemlərini dinləyirdi. Mətbuat üzərindən senzuranın ləğv edilməsi buna bariz sübutdur. Hazırda bu uğurlu kurs cənab Prezident tərəfindən layiqincə davam etdirilir".

sia.az

Digər xəbərlər