PDF Oxu

Siyasət

  • 13

"14 iyul 1969-cu il Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi"

"14 iyul 1969-cu il Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi"

Bu mövzuda YAP Masallı rayon təşkilatı tədbir keçirib

Dünən YAP Masallı rayon təşkilatı Yeddioymaq ərazi ilk partiya təşkilatında Ümummlli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə bağlı "14 iyul 1969-cu il Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi" mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeddioymaq ərazi il partiya təşkilatının sədri Nuşiravan Hüseynov açaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyətə sahib olduğunu vurğuladı. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan keçmiş ittifaq respublikaları arasında sürətli inkişaf mərhələsinə keçdi və digər dövlətlər arasında çox əhəmiyyətli mövqeyə yüksəldi.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının baş təlimatçısı Eldar Kazımov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi: "O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Ümummilli Lider Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu". Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının təlimatçısı İlkin Quliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən söz açaraq bu gün də Onun uğurlu siyasətini davam etdirən Cənab Prezident İlham Əliyevin gənclərə verdiyi böyük diqqət və qayğısından danışdı.

Daha sonra çıxış edən kənd sakinləri İbrahim Şükürov, Eyvaz Məcidov və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün görmüş olduğu mühüm, taleyüklü işlərdən söz açdılar.

Rəfiqə Kamalqızı

Digər xəbərlər