PDF Oxu

Siyasət

  • 13

Səbailli veteranlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümünü qeyd ediblər

Səbailli veteranlar Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümünü qeyd ediblər
Dünən Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46 illiyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında Səbail rayon ağsaqqallar, veteran təşkilatları şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxış edərək iştirakçıları və qonaqları salamlayaraq, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib: "46 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Ulu Öndər bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Zəfər Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Respublika Veteran Təşkilatları Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Əfqanıstan müharibəsi veteranları ittifaqının sədri Məhəmməd Vəliyev, Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Hümbətov, müharibə veteranı Cəbrayıl Əliyev, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, gənc yazar Ülkər Piriyeva və başqaları Ulu Öndərin 46 il öncə hakimiyyətə gəlişi, Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar.

Çıxışlarda qeyd olunubdur ki, Səbail rayonunun ağsaqqalları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu Öndərin layiqli davamçısı Cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənir və hər zaman bu işlərdə ona yardımçı və dəstək olacaqlar.

Ü.ƏSGƏROV