PDF Oxu

Siyasət

  • 12

Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Gənclər Birliyi hər il olduğu kimi, ənənəsinə sadiq qalaraq, bu il də Müqəddəs Ramazan ayı münasibətilə bir neçə uşaq evinə, o cümlədən Səbail rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylayıb. SİA-nın məlumatına görə, tədbir çərçivəsində 15-ə yaxın aztəminatlı ailələrə bayram sovqatı paylayıb.Aksiyadan öncə SƏS TV-yə açıqlama verən YAP Səbail rayon GB-nin sədri Rəşad Fərəcov qeyd edib ki, YAP Səbail rayon təşkilatı mütəmadi olaraq təqvimdə olan önəmli, əlamətdar bayram günlərində rayon sakinləri ilə görüşür və onların problemləri ilə maraqlanır: "Görüşdə sakinlərə müxtəlif hədiyyələr və bayram sovqatları təqdim olunur. Biz ənənəmizə sadiq qalaraq bu il də Ramazan ayı münasibətilə YAP Səbail rayon təşkilatının Gənclər Birliyi Səbail rayon ərazisində yaşayan aztəminatlı ailələrlə görüşəcək və onların problemləri ilə maraqlanacaq. Onlara hakim partiyanın adından bayram sovqatları təqdim ediləcək və bayramları təbrik ediləcək".R.Fərəcov əlavə edib ki, bu kimi tədbirlərimiz davamlı olacaq: "Bu hər il baş tutur. Artıq neçə ildir ki, Partiya rəhbərliyi və hakim partiyanın rayon təşkilatın rəhbərləri bu tədbiri həyata keçirirlər. Hətta biz qeyri-əlamətdar günlərdə də rayon sakinləri ilə görüşəcəyik və onların problemləri ilə maraqlanacayıq. Biz həmişə hiss etdirəcəyik ki, YAP və hakim partiyanın gəncləri olaraq biz onların yanındayıq və ailəsinin bir üzvüyük".Daha sonra maşınlar karvanı müxtəlif istiqamətlər üzrə hərəkət edib. YAP Səbail rayon təşkilatı Gənclər Birliyi tərəfindən təşkil olunan tədbir çərçivəsində hakim partiyanın Səbail rayon GB-nin sədri Rəşad Fərəcov, sədr müavinləri Fərid Nəsibov, Vüsal Əliyev, Pərviz Zeynalov yaxından iştirak ediblər. Onlar aztəminatlı ailələrin qonağı olub, onların problemləri ilə yaxından tanış olublar.YAP-ın bu diqqət və qayğısını yüksək qiymətləndirən əlil və tənha vətəndaşlar hökumətimizin daim ehtiyacı olan insanlara diqqət və qayğı göstərməsini təqdir ediblər.Qeyd edək ki, bayram zənbilində yağ, qənd, çay, düyü, ət, toyuq əti, meyvə və digər qida məhsulları daxil edilib.

sia.az

Digər xəbərlər