PDF Oxu

Siyasət

  • 9

Musa Qasımlı: “Qarşılıqlı münasibətlərin maddi təməlləri möhkəmdir” AÇIQLAMA

Musa Qasımlı: “Qarşılıqlı münasibətlərin maddi təməlləri möhkəmdir” AÇIQLAMA

"Cənab Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri ölkəmizin çoxyönlü, çoxistiqamətli xarici siyasətinin konkret təzahürlərindən biridir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, səfər zamanı Milanda keçirilən beynəlxalq sərgidə Azərbaycan pavilyonunu açması, açılış zamanı dərin məzmunlu nitq söyləməsi, İtaliyanın baş naziri və Prezidenti ilə keçirdiyi görüşlər, apardığı müzakirələr cənab Prezidentin yürütdüyü xarici siyasətimizin, diplomatiya tariximizin səhifələrindən biridir: "Görüşlərdə ikitərəfli siyasi, ticarət-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərin müzakirə edilməsi əhəmiyyətli idi. İtaliya, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən ölkədir. Azərbaycanda italyanlara xüsusi rəğbət var. İtaliya Respublikası Avropa İttifaqının üzvü olaraq, ölkəmizin xarici ticarət dövriyyəsində birinci yeri tutur. Azərbaycan da İtaliyanın xarici siyasətində xüsusi önəmə sahibdir. Azərbaycan Respublikası İtaliyanın enerji təhlükəsizliyində özünəməxsus rol oynayır. Qarşılıqlı münasibətlərin maddi təməlləri möhkəmdir. Hesab edirəm ki, cənab Prezidentimizin səfəri iki ölkə arasındakı münasibətlərə təkan verəcək".

sia.az

Digər xəbərlər