Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq bu gün Masallıda mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahi" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ¬Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.Mətbuat nümayəndələri öncə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
sia.az