PDF Oxu

Siyasət

  • 6

"Milli dövlətçilik təfəkkürünün başlanğıcı"

"Milli dövlətçilik təfəkkürünün başlanğıcı"

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə əlaqədar "Milli dövlətçilik təfəkkürünün başlanğıcı" mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər, əziz xatirəsini yad ediblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən toplantıda çıxış edən Qaradağ RİH başçısının birinci müavini Emil Abbasov bildirib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda inkişafın yeni mərhələsi başlanıb: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilən daxili siyasət nəticəsində ölkədə milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından mühüm islahatlar həyata keçirilib. Bununla Ulu Öndər uğurlu bir yolun başlanğıcını qoyub".

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə çıxışında qeyd edib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil dövlət quruculuğuna aparan yolun möhkəm təməlləri atılıb: "Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində intibah dövrü başlanıb. Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə sovet respublikaları arasında qabaqcıl yerlərdə qərarlaşmışdı. Bu illərdə Azərbaycanda ən böyük abadlıq işləri görülüb. Ümummilli Liderin əsasını qoyduğu inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, professor İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) prorektoru Mikayıl Zeynalov, ADİU-nun kafedra müdiri, professor Hidayət Cəfərov Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələrin paralel surətdə inkişafına xüsusi diqqət yetirilib. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində böyük uğurlar əldə olunub.

R.HÜSEYNOVA

Digər xəbərlər