PDF Oxu

Siyasət

  • 9

“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir”

“Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir”

Layihənin təqdimatı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir" adlı layihənin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu, "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və fəal gənclər iştirak ediblər.Layihənin rəhbəri Polad İbrahimov layihənin məqsədi haqqında məlumat verərək bildirib ki, layihədə əsas hədəfimiz gənclərin elmə marağının artırılması, onların elmi fəaliyyətinin təşviq edilməsi, elmin inkişafı, həmçinin, gənc alimlərin daha səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin təbliğ edilməsidir: "Layihə çərçivəsində Bakı şəhərində "Azərbaycanlı gənc alimlərin elmi fəaliyyətinin təbliği", "Azərbaycan elminin gələcək inkişafı gənc alimlərin fəaliyyətindən asılıdır", "Qüdrət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" mövzularında təlimlər keçirir, ölkənin tanınmış elm xadimlərini bu görüşlərə cəlb edirik. Həmçinin, bir sıra kütləvi informasiya vasitələrində gənclərin elmə həvəsləndirilməsi, gənc alimlərin fəaliyyətinin işıqlandırılması yönündə fəaliyyət göstərir, bununla bağlı məqalələr hazırlanır. Bu günə qədər respublikanın aparıcı mətbuat orqanlarında layihəmizlə bağlı məlumatlar yerşədirilib, ölkəmizdə elmin təşviqi istiqamətində görülən işlərə dair yazılarla çıxış edilib. Layihə çərçivəsində, həmçinin, "Elmə yatırılan sərmayə inkişafa yatırılan sərmayədir" mövzusunda xüsusi buklet və broşurlar hazırlayacaq, layihənin geniş KİV-də təbliğatını təmin edəcəyik. Eyni zamanda, təlim mövzuları ilə bağlı slaydlar hazırlayacağıq. Sonda bütün təlimlər başa çatdıqdan sonra yekun olaraq videoçarx hazırlanacaq. İnanırıq ki, bu layihə cəmiyyətimizdə bu sahədə yeni bir modelin əsasının qoyulmasında müsbət töfhə vermiş olacaq".Çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, hər bir cəmiyyəti irəli aparacaq vasitə yalnız elmdir: "Elm olmasa heç bir sahə inkişaf edə bilməz. Bu mənada cənab Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son illər ərzində imzaladığı sərəncamlar elmin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, bu istiqamətdə son illər bir sıra vacib addımlar atılıb. Elmin İnkişaf Fondunun yaradılması, xüsusilə, gənclərin elmə cəlb olunması, AMEA-nın institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiyadan vaxtilə bu və digər səbəblərə görə alınmış binaların geri qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının artırılması, Akademiya şəhərciyində akademik kitabxananın tikintisi ilə bağlı Sərəncamın verilməsi, ali məktəblərdə tədrisin səviyyəsinin artırılması yönündə ciddi islahatlar görülən işlərin daha effektiv nəticələr verməsini şərtləndirir".Daha sonra isə çıxış edən "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev qeyd edib ki, gənclərin həyata keçirdiyi bu cür layihələr birbaşa elmin inkişafına xidmət edir: "Dövlətin əsas prioritet istiqamətlədindən biri də məhz neft sektorundan gələn gəlirlərin, intellektə, insan kapitalına yönəldilməsidir. Dövlətçilik şüurunun yüksəldilməsi baxımından Azərbaycan özünün intellektli gənclərinə, alimlərinə qiymət verir. 1980-cı illərin sonları, 1990-cı illərin əvvəllərində belə bir tendesiya formalaşmışdı ki, insanlar elmdən uzaqlaşmışdı. Gənclər ümumiyyətlə elmdən kənarlaşmışdı. O illərdə cəmiyyətin elmi inkişafından söhbət gedə bilməzdi. Bu isə həmin dövrün gənclərinin həyatında özünü açıq şəkildə biruzə verirdi. Amma bütün bunlara baxmayaraq bu gün o dövrün yenidən araşdırılmasına ehtiyac var. Çünki çatışmamazlıqlarla yanaşı, həmin dövrün müsbət tərəfləri də olub. Təkcə alimlərimizin sayına baxsaq fikrimcə kifayət edər. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra sanki bütün sahələrdə bir canlanma, bir inkişaf getdi. Vətəndaş cəmiyyəti formalaşdı, gənclərin rolu genişləndirildi. Bu gün biz həmin inkişafın nəticələrini görməkdəyik. Bu günkü gənclər sözün həqiqi mənasında özünü dərk edir, istənilən mövzuda öz baxışını, öz yanaşmasını sərgiləyə bilir. Bu bizim üçün, dövlətimiz üçün olduqca vacibdir".Sonda gənclər layihə haqqında öz fikirlərini bölüşdülər.

sia.az

Digər xəbərlər