PDF Oxu

Siyasət

  • 10

Səbail rayonunda 6 ayın yekunları müzakirə olunub

Səbail rayonunda 6 ayın yekunları müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 6 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 7 milyard 797,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilib. Nəqliyyat müəssisələri tərəfindən 214,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 5.5 % çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən isə 65,9 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 5,3 % çox rabitə xidmətləri göstərilib. Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunub. May ayında Bakı şəhər İcra Hakimiyyətinin Komissiyası Bakı şəhərində keçirilən "Gül bayramları"nda nümayiş etdirilən kompozisiyaları baxışlara yekun vurmuş və Bakı şəhər İcra Hakimiyyətinin qərarına görə Səbail rayon İcra Hakimiyyəti II yerə layiq görülüb. 6 ay ərzində müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilib, ümumilikdə isə RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 10169 olub. İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Cavid Abdullayev, Səbail rayon Su-kanal Departamentinin rəisi Rauf Osmanov, rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva və başqaları çıxış ediblər. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

sia.az

Digər xəbərlər