"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Dövlət başçısının çıxışı xalqımızın milli maraqlarına tam cavab verir və dünya ilə bərabərhüquqlu münasibətlər kursunu bir daha təsdiq edir". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Aydın Mirzəzadə söyləyib.Millət vəkili bildirib ki, qətiyyətimizin əsasını Prezident İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasi kurs təşkil edir: "Azərbaycan dünyaya öz maraqlarını bir daha qətiyyətlə müdafiə edəcəyini bəyan etdi. Bir sıra xarici dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri rədd edildi. AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə cəmiyyətimizin etirazı ortaya qoyuldu. Görünür, qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlara əlaqələrinə yenidən baxmalıdır. Bir sözlə, Cənab Prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir".
sia.az