PDF Oxu

Siyasət

  • 11

Azərbaycan demokratiyası və tolerantlığı Avropanın şərəfsiz siyasətinə nümunədir

Azərbaycan demokratiyası və tolerantlığı Avropanın şərəfsiz siyasətinə nümunədir

İlham Əliyev: "Bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır"

I Avropa Oyunları öncəsindən başlayaraq, Azərbaycana qarşı yürüdülən qərəzli hücumlar çərçivəsində dövlətimiz əleyhinə səslənən şər-böhtanlı bəyanatlar, lüzimsuz çağırışlar, verilən təkrarçı hesabatlar əslində onların özlərinə qarşı çevrilmiş oldu. Çünki qeyri-ciddi və açıq-aşkar sifarişlər hesabına düzəlib-qoşulmuş kağız parçaları üzərində işlədilən ifadələr yalandan başqa heç nəyi göstərməyib. O cümlədən, Azərbaycan xalqı da öz dövlət maraqlarının, müstəqillik ideyalarının qorunması ətrafında sıx birləşərək, xarici təşikilatların, Avropa və Qərb siyasi dairələrinin səs-küylərinə əhəmiyyət vermədilər. Əksinə, həmin dairələrə qarşı sərt təpkilərini sərgilədilər.

Ölkə başçısı heç bir halda belə addımların müstəqil dövlətçiliyimizə xələl vurmayacağını vurğulayıb

Bu arada Prezident İlham Əliyevin iyulun 13-də keçirdiyi müşavirədə özəlliklə buna toxunması da sübut edir ki, ortada ilk növbədə Azərbaycana qarşı ikili standartların yönəldilməsi, habelə erməni lobbisinin sifarişləri dayanıb. Qərb siyasətçiləri isə erməni pulunun, erməni havasının gəlirinə şirnikləşərək, rüşvətə, korrupsiyaya bulaşıblar. Məhz bu faktoru əsas gətirən ölkə başçısı heç bir halda belə addımların müstəqil dövlətçiliyimizə xələl vurmayacağını vurğulayıb. Sitat: "Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, - Azərbaycan ictimaiyyəti də bilir, - bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir".

Qərb əsl həqiqəti bilə-bilə, yenə də erməni lobbisinin pulları qarşısında diz çökərək, reallıqda nə qədər ucuz təfəkkürə malik olduğunu sərgiləmiş olur

Göründüyü kimi, belə hücum kampaniyaları vaxtaşırı olaraq ölkəmizə qarşı aparılmaqdadır. Bunun isə bir səbəbi var: Avropa yaxşı dərk edir ki, Azərbaycan çox güclü inkişaf və tərəqqi yolunu keçməkdədir və zaman keçdikcə, həmin amil özünü daha qabarıq şəkildə göstərir. O cümlədən, artıq dünyanın bir çox əhəmiyyətli və nüfuzlu tədbirlərinin Azərbaycanda keçirilməsi, Azərbaycanın dünyanın mərkəzinə çevrilməsi ilə nəticəsini tapıb. Qərb bunu bilə-bilə, yenə də erməni lobbisinin pulları qarşısında diz çökərək, reallıqda nə qədər ucuz təfəkkürə malik olduğunu sərgiləmiş olur. Məhz "Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər"-deyə qeyd edən Prezident İlham Əliyev Azərbaycanda "təhlükə", "anti-demokratiya", "qeyri-tolerantlıq" axtaran tərəfləri kəskin şəkildə qınayıb. Çünki belələri öz gözlərindəki tiri görməyərək, başqasının gözündə qıl axtarmaqla məşğuldurlar. Buna daha bir səbəb isə Şərqlə Qərbi birləşdirən Azərbaycanın həm də müsəlman ölkəsi fonunda, özündə müasir Avropa sintezini də əks etdirməsidir. Prezident vurğulayıb: "Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni, bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda "beşinci kolon"un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər. Yəni, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bizə qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoymuşdu. Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərib ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".

Azərbaycan tarixlər boyu hər kəsə dost qucağı, dost qapısı açıb

Ortada olan daha bir məqam isə budur ki, əslində Azərbaycan dövləti Azərbaycan hakimiyyəti Qərblə də, Şərqlə də, Şimalla da, Cənubla da hər zaman normal münasibətlər qurmaq, daha yaxşı qonşuluq, tərəfdaşlıq siyasəti yürütmək məqsədini əsas götürərək, bu istiqamətdə hərəkət edib. Ancaq belə bir məqamda bəzi siyasi dairələrin, xüsusilə də Avropanın birbaşa erməni tərəfdaşı kimi çıxı etməsi yalnız həmin siyasi dairələrin ziyanına işləyəcək. Çünki onların sərsəm bəyanarlarını kimsə dinləməyəcək. Sitat: "...Bir sözlə, bax, budur bugünkü vəziyyət. Bununla bərabər Avropa ölkələri ilə ikitərəfli formatda bizim problemlərimiz yoxdur. Bir çox hallarda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında mən əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin, onlar o fikrə layiq deyillər. Biz fikir vermirik. Əgər fikir versəydik onların dediklərini edərdik. Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə, heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik".

Sonda isə bir daha vurğulamaq yerinə düşərdi ki, Azərbaycan tarixlər boyu hər kəsə dost qucağı, dost qapısı açıb. Ancaq görünən də budur ki, elə bəzi avropalılar da ermənilər qədər bic, tülkü və hətta giyen təfəkkürü üzərində "inkişaf" ediblər. Əgər belə olmasaydı, Şults, Lunaçek və s. Qərb siyasətbazları ermənidən betər erməni qədər çıxış edib, bəyanatlar səsləndirib, könül bulandırmazdılar...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər