Bu gün Səbail Rayon İcra Hakimiyyəti 22 İyul- Milli Mətbuat Günü münasibətilə tədbir keçirir.SİA-nın məlumatına görə, tədbirdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən 50-dən çox televiziya, radio, qəzet və elektron portalın nümayəndəsi iştirak edir.Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbiri açaraq jurnalistləri bayram münasibətilə təbrik edib, 140 yaşını qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışıb: "Milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də, şərəfli yol keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, Konstitusiyada mətbuat azadlığı təsbit olunub, senzura ləğv olunub.Qeyd edək ki, sonda bayram münasibətilə bir qrup jurnalistə qiymətli hədiyyələr təqdim olunacaq.
sia.az