PDF Oxu

Siyasət

  • 8

Milli Məclislə Mətbuat Şurası arasında Memorandum imzalanıb

Milli Məclislə Mətbuat Şurası arasında Memorandum imzalanıb

Bu gün Milli Məclislə (MM) Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, MŞ-nın Sədri Əflatun Amaşov, MŞ-nın İdarə Heyətinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov milli mətbuatın 140 illiyi ilə bağlı mətbuat nümayəndələrini təbrik edərək qeyd edib ki, Ölkə başçısı İlham Əliyev hər zaman mətbuata xüsusi diqqət və qayğı ilə yanaşıb: "Parlamentin fəaliyyətinin daha geniş şəkildə işıqlandırılması, qanun yaradıcılığı və qəbul olunan qərarlar barədə ictimaiyyətə ətraflı məlumat ötürmək vacib əhəmiyyət kəsb edir. Bu işdə də jurnalistlərin əməyi danılmazdır".Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, milli mətbuatın bayramı tək medianın deyil, eləcə də bütün Azərbaycan xalqının bayramıdır: " "Əkinçi" qəzeti xalqın inkişafında mühüm rol oynayıb. Çünki o zamana kimi görülməyən bir çox məsələlər gündəmə gətirilib. Bu gün nələrə nail olmuşuqsa, hamısını mətbuata borcluyuq. Demokratik cəmiyyətdə medianın əhəmiyyətini əsas götürməklə, Milli Məclislə MŞ arasında sıx əməkdaşlıq gələcək üçün böyük fayda verəcək.Tədbirdə çıxış edən deputatlar və Şuranın üzvləri də anlaşma memorandumunun imzalanmasını yüksək qiymətləndiriblər.Memorandumun imzalanmasında əsas məqsəd Milli Məclisin fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat verilməsi və bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılması, MM-də qanun və qərarların qəbulu prosesində Mətbuat Şurasının (və ya kütləvi informasiya vasitələrinin) təmsilçilərinin iştirakının təmin edilməsi, Azərbaycanın parlamentarizm ənənələrinin mediada təbliği məqsədi ilə jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkili, MM-in beynəlxalq fəaliyyətinin işıqlandırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsidir.

sia.az

Digər xəbərlər