"Cənab Prezidentin yürütdüyü siyasətin əsas məğzi və prioriteti də bu istiqamətdə cəmlənib ki, milli maraqlar, vətəndaş maraqları qorunsun və kənardan həmin siyasətə heç bir destruktiv müdaxilə imkanı olmasın". Bunu SİA-ya politoloq Elşən Musayev Prezident İlham Əliyevin "heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz" fikrinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, hər birimizə aydındır ki, bu gün bir sıra ərəb ölkələrinin, eyni zamanda qonşu Gürcüstanın, Ukraynanın düşdüyü vəziyyət həmin müdaxilələrin nəticəsidir: "Ona görə insan qırğınları, böyük fəlakətlər, iqtisadi və siyasi çökmələr baş verib. Ona görə xalqlar, günahsız vətəndaşlar, zavallı insanlar böyük oyunların qurbanına çevrilib. Yekunda isə Amerika da, Rusiya da, qeyri dövlətlər də yaxasını geri çəkib ki, məsələ, məsuliyyət bizlik deyil".E.Musayev əlavə edib ki, dövlət başçısı İlham Əliyev xalqını sevən liderdir: "O kimsəyə bu millətin, bu dövlətin haqqını yedirdəcək insan deyil: "Odur ki, cənab Prezidentin qara qüvvələrə, nasist təfəkkürlü beynəlxalq dairələrə, məkrli niyyətlər güdən təsisatlara, dövlətlərə ünvanladığı bu mesaj növbəti dəfə Azərbaycanın maraqlarının ən yüksək səviyyədə ifadəsi kimi qiymətləndirilməlidir".
sia.az