"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi bütün fikirlər reallığı əks etdirir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Prezident İlham Əliyevin "Ermənistanın kriminal diktatura rejimi xalq hesabına varlanır" fikrinə münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, bu gün sözün həqiqi mənasında Ermənistanda diktatura rejimi hökm sürür: "İşğalçı ölkədə xalqın iradəsinə zidd olan rejim hökm sürür. Ona görə də onlar bacardıqca öz xalqının qanını sovururlar. Heç kimə sirr deyil ki, rəsmi İrəvan pis gündədir və iqtisadiyyatı çox bərbaddır. Orada mütəmadi olaraq davam edən kortəbi etiraz aksiyaları bunu deməyə əsas verir. Bu mənada hesab edirəm ki, Ermənistanda mövcud olan rejim devrilməlidir. Bu, həyatın tələbidir. Bu diktatura rejiminin hakimiyyətdə qalmasının əsas səbəbi ancaq Avropa dövlətlərinin, Rusiyanın havadarlığı sayəsində mümkün olub".
sia.az