PDF Oxu

Siyasət

  • 12

“Ölkəmizin beynəlxalq qurumlara inteqrasiyası məsələsi xüsusi qabardıldı” AÇIQLAMA

“Ölkəmizin beynəlxalq qurumlara inteqrasiyası məsələsi xüsusi qabardıldı” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkəmizin beynəlxalq, Avropa qurumlarına inteqrasiyası məsələləri üzərində də xüsusi olaraq dayandı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti həmin iclasda qeyd etdi ki, ölkəmiz inteqrasiya məsələləri ilə bağlı mövqeyi mövcuddur: "Ölkə başçısı belə bir fikir söylədi ki, artıq biz indiyədək nə inteqrasiya olunmuşuqsa, inteqrasiya olunmuşuq. Biz bundan sonra daha çox əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə üstünlük veririk. Cənab Prezident bu kontekstdə qeyd etdi ki, Azərbaycan Avropa Şurası olmadan da yaxşı yaşaya bilər, yaşayıb da. Ölkə rəhbəri qeyd etdi ki, biz AŞ-a daxil olarkən o, başqa bir Avropa idi. Amma bugünkü Avropa tamamilə fərqlidir. Prezident xüsusilə vurğuladı ki, bu gün Avropada əslində iki çox ciddi böhran yaşanmaqdadır. Onlardan biri iqtisadi, digəri isə mənəvi böhrandır. Cənab Prezident məsələnin qoyuluşundan da göründüyü kimi əsaslandırdı ki, buna ehtiyac yoxdur. Azərbaycan inteqrasiya proseslərində fərqli mövqedədir. Beləcə Azərbaycan əməkdaşlıq məsələlərinə üstünlük verir. Elə bu fonda da cənab İlham Əliyev bildirdi ki, biz Avropa İttifaqının Assosasiya Sazişi ilə bağlı sənədi imzalamadan imtina etdik. Çünki bizə belə inteqrasiya lazım deyil".E.Nəsirli bildirdi ki, ölkə başçısı xüsusi olaraq I Avropa Oyunları ərəfəsində və dövründə Avropa qurumlarından olan təzyiqlər məsələsinə toxundu: "Prezident qeyd etdi ki, Avropa Parlamentində anti-Azərbaycan qətnaməsinin keçməməsi Şultsun, Lunaçekin və onlar kimilərinin siyasi iflası idi. Almaniya Bundestaqının qətnaməsi anti-Azərbaycan mövqe və yalan üzərində qurulub. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə bu istiqamətdə gedəcəyik. Xüsusilə burada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) anti Azərbaycan fəaliyyəti məsələlərinə toxundu".Qeyd olundu ki, AŞPA-da anti Azərbaycan əleyhinə qətnamə qəbul olunur. Həmçinin cənab Prezident bu qüvvələrin kimliyinə də aydınlıq gətirdi".

sia.az

Digər xəbərlər