PDF Oxu

Siyasət

  • 13

Nizami rayonunda yaşayan sakinlər üçün iftar süfrələri açılıb

Nizami rayonunda yaşayan sakinlər üçün iftar süfrələri açılıb

Nizami rayonunda Milli Məclisin deputatları Rövnəq Abdullayevin və Sədaqət Vəliyevanın təşəbbüsü ilə müxtəlif ünvanlarda iki min nəfərdən çox rayon sakini üçün iftar süfrələri açılıb. SİA-nın xəbərinə görə, mərasimlərdə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, deputat Rövnəq Abdullayevin köməkçisi Sabit Mahmudov, QMƏŞAİB-in Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır: "Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur. Xalqımız daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib. Hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Buna görədir ki, ölkəmizdə dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir".Bildirilib ki, Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır.Rayon sakinləri də öz növbəsində Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.Sonra mərasimlərdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, süfrə açılıb.

sia.az

Digər xəbərlər