Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirir. SİA-nın məlumatına görə, tədbirdə şuranın sədri, millət vəkili Azay Quliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edir. Azay Quliyev çıxış edərək 140 illik bayram münasibətilə mətbuat nümayəndələrinə, jurnalistlərə yaradıcılıq uğurları arzulayıb. MŞ-in sədr müavini Umud Rəhimoğlu mətbuatın tarixi ilə bağlı məqamlara toxunub, dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğıdan danışıb.Qeyd edək ki, tədbirin sonunda mətbuat nümayəndələrinə qiymətli hədiyyələr təqdim olunacaq.
sia.az