PDF Oxu

Siyasət

  • 10

Aydın Hüseynov: “Azərbaycan ordusu öz sözünü deyəcək” AÇIQLAMA

Aydın Hüseynov: “Azərbaycan ordusu öz sözünü deyəcək” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Prezident İlham Əliyev daima öz kəskin və qəti mövqeyini bildirib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, bütün bunları beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri də bilir: "Azərbaycanın bir qarış da olsun torpağı heç kimə verilməyəcək. Dağlıq Qarabağ heç zaman müstəqillik əldə etməyəcək. Heç kimə sirr deyil ki, Ermənistanın havadarları mövcuddur. Onlar da hər zaman bu havadarlarından istifadə edirlər. Ancaq bu çox çəkməyəcək. Bu gün beynəlxalq arenada Azərbaycan həqiqətlərinin qəbul olunması və onun olduğu kimi çatdırılması məsələsi var. Artıq bu kifayət qədər öz həllini tapıb. Ölkə Prezidenti İlham Əliyev öz mövqeyini bildirib ki, nə qədər ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə öz israrını davam etdirərsə, deməli, burada müharibə variantı qaçılmazdır. Əlbəttə ki, buna qadir olan bizim kifayət qədər güclü ordumuz və onun Komandanlığı var".A.Hüseynov əlavə edib ki, Azərbaycan sülhsevər və tolerant bir dövlətdir: "Bu gün biz dünyaya inteqrasiya etmişik. Ölkəmizin beynəlxalq aləmdə özünün xüsusi imici var. Bu gün müasir dünyada artıq Azərbaycan dünyaya yeni bir keyfiyyətlər, standartlar, unikallıq təqdim edir. Bunun müqabilində yenə Azərbaycan dözümlülük göstərərək, sülh yolu ilə torpaqlarımızın işğaldan azad olunması variantını hələki qüvvədə saxlayır. Ancaq bu o demək deyil ki, bu, uzun müddət davam edəcək. Azərbaycan ordusu sonda öz sözünü deyəcək".

sia.az

Digər xəbərlər