PDF Oxu

Siyasət

  • 11

Gənclər Fondu jurnalistləri təbrik etdi

Gənclər Fondu jurnalistləri təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, media nümayəndələrini təbrik edən Fondun icraçı direktoru Fərhad Hacıyev deyib ki, müstəqilliyimizin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib.O bildirib ki, Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır.Fərhad Hacıyev bu mühüm gün münasibətilə bütün media nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində daha da böyük uğurlara imza atmalarını arzulayıb.Sonda bir qrup jurnalistə mükafatlar təqdim olunub. Mükafata layiq görülənlər arasında SƏS Media Qrupunun əməkdaşı da olub.

sia.az

Digər xəbərlər