PDF Oxu

Siyasət

  • 12

Müşviq Ələsgərli: “Prezidentlə görüş özü bir şərəfdir ”AÇIQLAMA

Müşviq Ələsgərli: “Prezidentlə görüş özü bir şərəfdir ”AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm ki, bu qədər gərgin iş rejimində media işçiləri ilə görüşə zaman ayırdı və onları dinlədi". Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli Prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüş barədə danışarkən deyib.MŞ-in sədr müavinin sözlərinə görə, görüşdə cənab Prezident özünün Azərbaycan mediası, həmçinin Azərbaycan dövlətinin, xalqının mediadan gözləntiləri barədə fikirlərini çatdırdı, mesajlarını verdi: "Ölkə başçısının çıxışında verdiyi mesajlar hesab edirəm ki, növbəti dövr ərzində Azərbaycan media təmsilçiləri üçün ciddi bir proqram göstərişidir. Yəni dövlət başçısı Azərbaycan dövlətinin, xalqının mediadan nə gözlədiyini, gələcəkdə hansı proseslərin baş verəcəyini proqnozlaşdırdı. Beləcə, cənab Prezident medianın bu proseslərdə rolu barədə fikirlərini çox dolğun şəkildə ifadə etdi. Hesab edirəm ki, bütün bunlar Azərbaycan media işçiləri üçün çox ciddi mesajlar və proqram göstərişləri oldu. Təəssüratımız çox yüksəkdir. Bayramımıza ikiqat bayram əhval-ruhiyyəsi əlavə olundu. Çünki Prezidentlə görüş özü bir şərəfdir və böyük hadisədir. Prezident görüşdə bizə gələcək fəaliyyətimizlə bağlı ciddi proqramlar verdi".

sia.az

Digər xəbərlər