"Rauf Arifoğlu nə etdiyini ölçüb-biçən siyasətçidir. Zamanın nəbzini tutmağı bacarır. O, Hacılı kimi populistə heç bir zaman güzəşt etməz və illərini həsr etdiyi qəzetini təhlükə altında qoymaz". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy son günlər Müsavat Partiyasından istefa edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ətrafında gedən söhbətlərə münasibət bildirərkən deyib.
Səxavət Əlisoy qeyd edib ki, indiki durumda Hacılının və yaxud da Müsavat Partiyasının yanında olmaq Rauf bəyə heç bir divident gətirmir: "Bu vəziyyət Rauf Arifoğluna həm bütün parametrlərdən divident gətirmir, həm də sahibi olduğu qəzetin reytinqinə zərbə vurur. "Yeni Müsavat" qəzetinin bundan sonra obyektiv və qərəzsiz siyasət yürüdəcəyini isə zaman göstərəcək".
sia.az