PDF Oxu

Siyasət

  • 10

Elman Nəsirli: “Həmsədrlər danışıqların intensivləşməsində maraqlıdır” AÇIQLAMA

Elman Nəsirli: “Həmsədrlər danışıqların intensivləşməsində maraqlıdır” AÇIQLAMA

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan sonra S.Lavrov artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin intensivləşməsinin vaxtının çatdığı ilə bağlı müəyyən fikirlər səsləndirir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.Politoloqun sözlərinə görə, rusiyalı nazirin bu yanaşması heç də təsadüfi deyil: "Məsələ ondadır ki, təkcə Rusiya tərəfi deyil, eyni zamanda ABŞ, Fransa da onun fərqindədir ki, münaqişənin həlli ilə bağlı nəsə ciddi addım atılmasa, proseslər tamamilə fərqli müstəvidə inkişaf edə bilər. Heç kim təminat verə bilməz ki, münaqişə müharibəyə çevrilməsin. Hesab edirəm ki, elə məhz bu səbəbdən çıxış edərək ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda çox mühüm danışıqları oldu. Bunun ardınca ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceym Uorlik Moskvada oldu və Rusiyanın "Vedmosti" mətbuat orqanına da çox maraqlı müsahibə verdi. Daha sonra həmsədrlərin regiona səfəri reallaşdırıldı. Artıq bu gün həmsədrlər Bakıdadır. Onlar Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər. Bütün bunlar bir daha təsdiq edir ki, təkdə Rusiya deyil, eləcə də bütün həmsədrlər artıq danışıqların intensivləşməsində maraqlıdırlar".E.Nəsirli əlavə edib ki, heç şübhəsiz ki, amerikalı həmsədrin rəsmi İrəvanda olarkən səsləndirdiyi dörd prinsip indi daha çox diqqəti cəlb edir: "Əvvəllər də bu prinsiplər səslənib. İlk növbədə, Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasıdır. İkincisi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasıdır. Üçüncüsü, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsidir. Dördüncüsü isə Qarabağın statusu ilə bağlı məsələni həllinin tapmasıdır. Heç şübhəsiz ki, birinci bənd yəni, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun geri qaytarılması çox mühüm məsələdir. Hesab edirəm ki, Ermənistana olan təzyiqlər və Azərbaycan ordusunun keçirdiyi son hərbi təlimlər artıq işğalçı ölkəyə öz təsiri göstərməkdədir. Təsadüfi deyil ki, Ermənistanın müdafiə nazirinin müavini belə bir mövqe bildirdi ki, onlar Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri qaytarmağa hazırlaşırlar".

sia.az

Digər xəbərlər